Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub
10.04.2023 [10:52]
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü zəruri idi. Növbədənkənar keçirilən Prezident seçkilərində xalq bir daha öz sözünü dedi. Bu seçiklərdə xalqımız cənab Prezident İlham Əliyevə etimad göstərdi. Cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 %-nin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da xalqımız növbəti dəfə Heydər Əliyevin siyasi kursuna dəstək nümayiş etdirdi. İlk dəfə 2003-cü ildə Prezident seçildikdən sonra keçən 15 ilə yaxın müddətdə çətin, asan olmasından asılı olmayaraq bütün məsuliyyəti çiyinlərində daşıyaraq güclü Azərbaycan naminə nəzərdə tutulan vəzifələri tam şəkildə yerinə yetirən Prezident İlham Əliyev 11 aprel 2018-ci ildə keçirilən seçkilərdəki qələbəsini milyonların ona etimadı kimi yüksək dəyərləndirdi. “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, dünyada sabitlik adası kim tanınan Azərbaycanın vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün demokratik azadlıqlar təmin olunur. 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə səs vermişdir.
Cənab İlham Əliyevin prezidentliyi dövründə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edildi, böyük uğurlara imza atıldı, ölkədə sabitlik tam bərqərar oldu, düşmən tapdağı altında qalan torpaqlarımız əsl sahiblərinə qaytarıldı.
Cənab İlham Əliyevin prezidentliyinin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrildi. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandı.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz yeni inkişaf dövrünə qədəm qoymuşdur. Cənab Prezident bütün dünya dövlətləri tərəfindən qəbul edilən müasir və görkəmli dövlət xadimidir. Son 20 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük inkişaf yolu keçib. Azərbaycanın bu uğurları beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanın nüfuzu bu gün dünyada durmadan artır. Bu nailiyyətlər həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunub.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

