Tarixi Zəfərin reallıqlarını yaşayırıq
03.04.2023 [10:39]
Azərbaycan tarixi Zəfərinin reallıqlarını yaşayır. 44 günlük İkinci Qarabağ müharibəsindən iki ildən artıq vaxt keçsə də Qələbəmizi şərtləndirən amillər geniş təhlil olunmaqdadır. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycan dövlətinin qətiyyətinin, Ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin nümayişi oldu. Xalqımızın torpaq həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklər yerinə yetirilir. Bu öhdəliklərdən biri də Laçın rayonunun 2020-ci il 1 dekabr tarixində boşaldılması oldu.
Həmin sənədə əsasən Ağdam, Kəlbəcər rayonları və Laçın rayonunun böyük bir hissəsi demək olar ki, bir güllə atılmadan düşməndən azad edildi. Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirmişdir: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz -Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
İşğaldan azad edilmiş digər rayonlarımız kimi, Laçın rayonu da hazırda genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən rayonun çox böyük potensiala malik olduğunu önə çəkərək bu çağırışı etdi ki, əlbəttə, rayona qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.
Laçın rayonu 28 il işğal altında idi. Bu işğal dövründə rayonun bütün infrastrukturu məhv edilib, ətraf mühitə böyük ziyan vurulub. Bütövlükdə meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir.
Laçın rayonu işğaldan azad edildiyi, Laçın şəhəri isə ötən ilin 26 avqust tarixindən sonra həyatının yeni dövrünü, bərpa-quruculuq mərhələsini yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən ilin 26 avqust tarixində rəsmi “Twitter” səhifəsində Laçınla bağlı paylaşımını yada salmaq istərdik: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Ötən ilin sentyabr ayında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Bu mühüm hadisənin özündə ehtiva etdiyi məna böyük əhəmiyyət kəsb edir. Biz artıq bu torpaqlardayıq və əbədi olacağıq. Artıq bu ərazilərimiz ermənilər tərəfindən törədilən dağıntı dövrünü arxada qoyub, Azərbaycan xalqı bu torpaqların sahibi olaraq quruculuq işlərini yüksək səviyyədə həyata keçirir. Cənab İlham Əliyev qeyd edilən qəbulda qarşıda dayanan vəzifələri açıqladı. Bu əminlik ifadə edildi ki, görüləcək işlərin əsasında Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda, füsunkar təbiəti - meşələri, dağları, çayları ilə bir cənnət məkan olacaq.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

