Çoxəsrlik tariximizin şanlı səhifəsi
30.03.2023 [16:15]
Günümüzün qürurverici hadisələrindən biri budur ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən bəhs edir, bu torpaqların malik olduğu iqtisadi potensialın geniş təhlili əsasında gələcəkdə Azərbaycanın dayanıqlı inkişafına verə biləcəkləri töhfələr diqqətə çatdırılır. Hər bir rayon özünəməxsus iqtisadiyyatı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltdi.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza 2020-ci 1 dekabr müraciətində “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu” söyləyərək xalqımıza təbriklərini çatdırmaqla yanaşı, başlanan bərpa-quruculuq işlərinin anonsunu verdi. Cənab İlham Əliyevin postmünaqişə dövründə elə bir səfəri, çıxışı yoxdur ki, 30 illik, Vətən müharibəsi və postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldilməsin. Tarixi Zəfərimiz çoxəsrlik tariximizin şanlı səhifəsidir.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi, sonda Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatın imzalanması dünyaya, işğalçı dövlətə bir sıra mesajları çatdırdı. Dövlət başçısı bəyan etdi ki, noyabrın 10-da imzalanmış Bəyanata heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir.
Son iki ildən artıq dövrün reallığı budur ki, Azərbaycan yeni reallıqlar yaratdı, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu torpaqlara hər bir səfəri görülən və görüləcək işlərin təqdimatı ilə yadda qalır. Qısa müddətdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Bu işlərin hamısı Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda görülən işlərin sadəcə bir hissəsi önə çəkərək bildirdi ki, azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik: “Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin.”
Qeyd etdi ki, 10 noyabr 2020-ci il Bəyanatının şərtlərinə uyğun olaraq dekabrın 1-də Laçın Azərbaycana qaytarıldı. Laçının iqtisadi imkanlarına, coğrafi mövqeyinə diqqət yetirdikdə tarixi sahibinə qayıtmaqla Azərbaycanın gələcək həyatında nə kimi iqtisadi, strateji əhəmiyyət daşıyacağı aydın görünür. Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.
Göründüyü kimi, Laçın rayonu gələcəkdə ölkəmizin iqtisadiyyatına böyük töhfələr vermək imkanındadır. Dövlət başçısı İlham Əliyev bu ilin hədəflərini açıqlayarkən laçınlıların Laçına qayıdacağını böyük əminliklə qeyd edib. Bu qayıdış rayonun həyatında yeni dövrün başlanması olacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

