31 Mart Azərbaycanlıların Soyqırımı Günü heç bir zaman unudulmayacaq
30.03.2023 [12:22]
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Tariximizin ən qanlı və unudulmaz tarixlərindən biri olan 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə xalqımız bu tarixi heç bir zaman unutmayacaq və soyqırımı həqiqətlərinin təbliğ edilməsi və yayılması istiqamətində bundan sonra da qətiyyətlə çalışacaq. Azərbaycan çox mürəkkəb və keşməkeşli tarixi hadisələr yaşayıb. Dövlətimizin və xalqımızın başına müxtəlif müsibətlər, soyqırımı və etniktəmizləmə siyasəti həyata keçirilib. Bu hadisələr nəticəsində müxtəlif vaxtlarda çoxsaylı soydaşımız vəhşicəsinə qətlə yetirilib, yaralanıb və ya itkin düşüb. Bunlar bizim qanlı tariximizdir və unutmağa haqqımız yoxdur.
Vüsar İsmayılov tarixi xronologiyaya nəzərə salaraq bildirdi ki, ermənilər bu cinayətləri "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanaraq ediblər. Belə ki, onlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrilib. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıblar. Əslində isə bu planlarının və əməllərinin arxasında özlərinin əsassız torpaq iddiaları dayanıb. Rayon təşkilatının sədrinin sözlərinə əsasən bu tarixi faktlar gələcək nəsillərə ötürülməli, ciddi maarifləndirmə və təbliğat işləri təkcə ölkəmizin daxilində deyil, dünyada aparılmalıdı. Bütün dünya erməni və onların havadarlarının əsl mahiyyətinə, məkrli əməllərinə və bəşəri cinayətlərinə bələd olmalıdır. Onların əsl siması ifşa edilməli, bu işlərdə bir an belə olsa ləngimək və ya dayanmaq olmaz. Dünyada informasiya müharibəsi də sürətlə gedir və biz millət olaraq bu müharibədən də üzüağ çıxmalıyıq.
Sevindirici haldır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmağa başlayıb və təhrif edilmiş hadisələr özünün əsl qiymətini alıb, bu gün də almaqda davam edir. Məhz ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncamı imzalaması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir: “Qeyd etmək lazımdır k, cənab Prezidentimiz İlham Əliyev də ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atıb və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanıb. Bunları unutmağa mənəvi haqqımız yoxdur. Quba rayonunda soyqırımı qurbanlarının kütləvi məzarlığının aşkar edilməsi, eyni zaman bu həqiqətlərin dünyaya çatdırılmasında olduqca mühüm faktlardan biri olan Quba Soyqırımı Memorial Kompleksinin salınması da atılan addımlardan biridir. Soyqırımı qurbanlarının əziz xatirəsini daim ehtiramla yad edirik. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmur və unutmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

