Azərbaycan türk dünyasının sıx birləşməsinə töhfəsini əsirgəmir
28.03.2023 [11:51]
Nurəddin İbrahimov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini
Çoxəsrlik köklərə əsaslanan türk xalqlarının birliyi bu gün ən yüksək zirvəyə çatıb. Müstəqil Azərbaycan həmişə böyük bir ailə olduğunu təsdiq edən türk dünyasının sıx birləşməsinə öz töhfəsini əsirgəmir.
Mart ayının 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü milli ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz Türk dövlətlərinin birlik və həmrəylik ideyalarına sadiqliyinin dünyaya bir daha nümayişi oldu. Fövqəladə Zirvə görüşü mədəniyyətimizin paytaxtı Şuşada keçirilməsi nəzərdə tutulsa da ölkə Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilməsi qərarlaşdırıldı.Türkiyidə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədi ilə irəli sürülən bu təklif türk dövlətlərinin bir-birinin milli maraqlarına hörmətlə yanaşdıqlarının, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərinin bariz nümunəsidir.
“Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçımıza minnətdarlığını ifadə edərək, Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adından və milləti adından təşəkkürlərimi bildirdi.
Qardaş ölkədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ türk dövlətlərini yumuruq kimi birləşdirdi, dünyaya örnək davranışlar sərgilədi. 10 minlərlə insan tələfatına səbəb olan zəlzələ Türkiyə ilə bərabər Azərbaycana da eyni acını yaşatdı.
Adı Azərbaycan tarixinə xilaskar Müzəffər Ali Baş Komandan kimi yazılan cənab İlham Əliyev Fövqəladə Zirvə görüşündə 44 günlük Vətən müharibəsinin otuzillik işğal son qoyduğunu, lakin onun ağır fəsadlarının hələ də qaldığını diqqətə çatdırıb:”30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib.Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub”.
İşğal zamanı Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasında olduğunu Zirvə görüşü iştirakçılarının diqqətinə çatdıran cənab İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu və ya ağır yaralandığını qeyd edib.
2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozan Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən də yayındığını vurğulayan dövlət başçısı qəti şəkildə bir daha bildirib ki, biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir.
Türk dövlətlərinin Qarabağda və Şərqi Zəngəzurda, işğaldan azad edilən torpaqlarımızda yaratdığı möhtəşəm layihələr barədə də məlumat verən cənab İlham Əliyev fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını da bildirib.
Fövqəladə Zirvə görüşü eyni zamanda Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan aktual məsələlərin müzakirə edildiyi plarforma oldu. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Ankara Bəyannaməsi qəbul olunmuş mühüm sənəd kimi yadda qaldı.
Onu da qeyd edək ki, sevincli və kədərli günlərdə bir-birinə dəstək olan Türkiyə və Azərbaycan başda olmaqla digər Türk dövlətlərinin daha da güclənməsi bütövlükdə Avrasiya regionunun iqtisadi inkişafına böyük töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

