Gələcək inkişaf üçün böyük imkanlar yaranır
17.03.2023 [11:35]
Avropa dövlətləri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Qarşılıqlı səfərlər bu əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Günümüzün əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin 13-14 mart tarixlərində Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində müzakirə edilən məsələlər, ölkə Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü və sair kimi mühüm məqamlardır.
Keçirilən görüşlərdən sonra Azərbaycan Prezidenti ilə Almaniya Kansleri Olaf Şolts birgə mətbuat konfransında mühüm məqamları diqqətə çatdırdılar. Reallıq budur ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Əməkdaşlığın inkişaf etdirilməsi Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması ilə birbaşa bağlıdır. Bunu şərtləndirən əsas amil isə Azərbaycanın regionda liderliyi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən, müxtəlif ölkələri, xalqları bir araya gətirib onlar arasında əməkdaşlıq körpüsü rolunu oynayan enerji və nəqliyyat layihələridir.
Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, 30 illik işğal dövründə də Qarabağ münaqişəsinin mövcudluğu regionda iqtisadi inkişafa böyük maneə kimi qeyd olunurdu. Artıq iki ildən çoxdur ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin imzalanmasını təklif edib.
Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə bağlı Almaniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə münasibəti və ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləməsi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Bu dəstək Kansler Olaf Şolts tərəfindən verilən bəyanatlarda bir daha öz əksini tapdı. Həmçinin Almaniya Kansleri ilə birgə mətbuat konfransında Qarabağ münaqişəsinin tarixi və hərbi-siyasi yolla həlli barədə ətraflı məlumat verən Prezident İlham Əliyev iki ölkə arasında sülhün yaradılması üçün dövlətimizin atdığı addımlardan danışdı və media nümayəndələrini bölgədəki real vəziyyətlə məlumatlandırdı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əvəzsiz töhfələrinə görə Azərbaycan Prezidentinə minnətdarlıq ifadə edildi. Səfər çərçivəsində Prezident İlham Əliyevin 30-a yaxın biznes təmsilçisi ilə görüşü oldu. Bu görüşlərdə ölkəmizin biznes imkanları və xarici investorlar üşün yaradılan şərait, enerji sektorunda qazanılan uğurlar barədə ətraflı məlumat verildi. Xatırlatmaq istərdik ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

