/ / Prezident İlham Əliyevin X Qlobal Bakı Forumu zamanı çıxışındakı mesajlar humanizmin təcəssümüdür
Prezident İlham Əliyevin X Qlobal Bakı Forumu zamanı çıxışındakı mesajlar humanizmin təcəssümüdür
13.03.2023 [16:37]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Bu günlərdə başa çatan X Qlobal Bakı Forumu dünyada keçirilən aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Təbii ki, həm Forumun iştirakçılarının təmsilçilik səviyyəsi, həm də intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə ümumilikdə 60 ölkədən 350 nəfər iştirakçı olub. İştirakçılardan arasında 50-dən artıq hazırkı və sabiq prezident, baş nazir olub. X Qlobal Bakı Forumunda müzakirələrin səviyyəsi hər zamankı kimi kifayət qədər yüksək olub. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bir sıra maraq doğuran mesajlar verib. Prezidentin əsas mesajları təbii ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı olub. Prezident münaqişələrin həllinin iki yolla – dinc yolla və qeyri-dinc yolla olduğunu biuldirib: “Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.”
Prezident İlham Əliyev cənabları münaqişə yarandıqdan sonra ATƏTin 1992-ci ildə Minsk qrupunu təsis etməsi diqqət etmiş onların fəaliyyətinin, eləcədə ermənilərin qeyri konstruktivliyinin təəssüf doğurduğunu bildirmişdir: “Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər... Erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Nəticədə Azərbaycan güc tətbiq etdi və öz ərazilərini azad etdi. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik.” Minsk qrupunun fəaliyyətsizliyi, uzun illərdən bəri münaqişənin dondurulmuş vəziyyətdə saxlamaq istəyi bu gün də bəzi siyasi işbazaların işinə yarayır. Artıq münaqişəni dini müstəviyə çəkmək istəyən siyasilər meydana çıxmağa başlayır ki, onları fəaliyyət sferarsı məhz dini zəmində düşmənçilik toxumu səpməklə məhdudlaşır. Biur çoxları unudur ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda multikultural dəyərlərə daim xüsusi hörmət göstərilir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Deməli münaqişənin dini və etnik zəmində baş verməsi versiyası özünü dopğrultmur.
Azərbaycan Respublikasının Prezidenti haqlı olaraq, hazırda sülh üçün vaxt yetişdiyini bəyan edib: “2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik” – deyib. Tamamilə asılı ölkən olan Ermənistan ya sülh sazişini imzalamalı, ya da digər ölkələrin müstəmləkəsinə razılaşmalıdır. Cənab İlham Əliyev yenə humanistlik nümayiş etdirir və deyir: “Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı müstəqilliyi qorumaq şansını əldən buraxmamaqda dilə gətirəcəklər.” Bu Azərbaycanın müzəffər Ali Baş Komandanının timsalında xalqımızın sülhpərvərliyinin təcəssümüdür.
Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Ermənistan qonşu ölkələrdən torpaq iddialarına son qoyarsa Cənubi Qafqazda sülh yaranar. Əslində ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

