Təhlükəsizlik Konfransında Prezidentin iştirakı kifayət qədər məhsuldar və zəngin oldu
22.02.2023 [15:24]
Fevralın 18-də cənab Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda iştirak edib. Danılmaz faktdır ki, sonuncu Münhen Təhlükəsizlik Konfransında cənab Prezidentin iştirakı kifayət qədər məhsuldar və zəngin oldu. Eyni zamanda, Münhen Təhlükəsizlik Konfransının başladığı birinci günündə ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəlməsi ciddi hadisə kimi dəyərləndirilməlidir. Cənab Prezident bu görüşdə bir daha Azərbaycanın Qarabağ və Ermənistanla münaibətlərin bərpası ilə bağlı prinsipial mövqeyini ortaya qoydu, həmçinin Ermənistanın bütün bəhanələrədn əl çəkərək sülhə, təhlükəsizliyə hazır olduğunu nümayiş etdirmək üçün cəsarətli addım atmasının vacibliyi önə çəkildi.
Üçtərəfli görüşdə Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Eyni zamanda, Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu da açıqlayıb. Lakin bunun Rusiya vətəndaşı Vardanyanın Azərbaycan ərazisini tərk edəcəyi təqdirdə reallaşacağını deyib. Ölkə başçımız qeyd edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər: "Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".
Qeyd edək ki, Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Azərbaycan Prezidenti Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin genişləndiyini yüksək qiymətləndirərək ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırmışdır. Avropa İttifaqı ilə Azərbaycanın etibarlı tərəfdaş olduğunu deyən Prezident İlham Əliyev enerji sahəsində birgə həyata keçirilən enerji layihələrindən, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətindən ətraflı bəhs etmişdir.
Prezident İlham Əliyev Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşü zamanı dövlətimizin müəyyənləşdirdiyi inkişaf strategiyasında yer alan rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında ətraflı məlumat verərək Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini nəzərə çatdırmışdır.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyası olduğunu inkar etməyə cəhd göstərən Ermənistan rəsmisinin ölkəsini ədalətin, beynəlxalq hüququn yanında təqdim etməsi bu dövlətin nə qədər hiyləgər siyasət yeritdiyini nümayiş etdirdi. 30 il qonşu dövlətin 20 faizdən artıq torpağını işğal altında saxlamaq hansı ədalətə, beynəlxalq hüquqa sığır? Xatırlasaq, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın baş naziri müsahibələrində beynəlxalq hüquq məfhumundan xəbərsiz olduğunu bildirməsi, hətta, bir qədər də irəli gedərək “beynəlxalq hüquq varmı” sualını ünvanlamaqdan çəkinməməsi yaddaşlardadır. Ədalətin, beynəlxalq hüququn yanında Azərbaycandır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpa etdi və Ermənistana, ona havadarlıq edən dövlətlərə sübut etdi ki, beynəlxalq hüquq anlayışı mövcuddur və tətbiqi üçün vahid mexanizm lazımdır. Panel iclasda Ermənistanın baş naziri bu iddianı da etdi ki, Qarabağdakı məscidləri ermənilər deyil, vaxtilə sovet hökuməti dağıdıb. Tarixi faktları inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyünün fərqində olan Ermənistan rəhbərliyi belə yalanları ilə fakt qarşısında açizliyini nümayiş etdirdi. Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın növbəti diplomatik uğuru üç il bundan əvvəl fevralın 15-də həmin forumda yaşananları yada salmağı bir zərurətə çevirir.
Həmin Konfrans çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı əsasında Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr hər kəsin yaddaşındadır. Bu, bizim ilk böyük siyasi Qələbəmiz idi. Bu Qələbədən çox keçmədi ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Artıq iki ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzur azaddır, həyatının yeni dövrünü yaşayırlar. Günümüzün reallıqları bir daha təsdiqləyir ki, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür, zəfər çalan haqq-ədalət olur.
Elçin İsmayılov,
Yeni Azərbaycan Patiyası
Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

