Ana Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib
22.02.2023 [11:29]
Yeni Aazərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının, Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektorunun 99 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində 21 Fevral ¬– Ana Dili Günü münasibətilə Gəncə Şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər Həydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən İlknur İsgəndərova, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının müdiri Mirvari Cəfərova, 99 saylı tam orta məktəbin direktoru – YAP Kəlbəcər rayon ərazi partiya təşkilatının sədri, məktəbin direktoru İsmət Nəcəfov, ərazi partiya təşkilatının sədr müavini Ülkər Şirinzadə, məktəblilər və qonaqlar iştirak etmişdir.
Tədbirdən əvvəl rəsmilər və tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Çıxış edən Mərkəzin direktoru vəzifəsini icra edən İlknur İsgəndərova qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur. Bu gün istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, onunla fəxr etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi.
16 nömrəli kitabxana filialının müdiri Mirvari Cəfərova çıxış edərək XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafının, ümumişlək dilə, dövlət dilinə çevrilməsinin, diplomatiya aləminə yol açmasının, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsinin bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir.
Daha sonra çıxış edən YAP Kəlbəcər rayon ƏPT sədri, məktıbin direktoru İsmət Nəcəfov qeyd edib ki, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Ümummilli Lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Azərbaycanın dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili Ulu Öndərin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək ən yüksək inkişaf zirvəsini yaşamaqdadır.
YAP Kəlbəcər rayon Ərazi partiya təşkilatının sədr müavini Ülkər Şirinzadə çıxış edərək bildirdi ki, Ulu Öndərin dilimizin inkişafı sahəsində atdığı addımlardan danışaraq bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsinin, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişlər. Vurğulanmışdır ki, Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyev də var olacaq və bizimlə birgə yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

