İradə və güc gərəkdir...
21.02.2023 [11:46]
Hər il fevral ayında Münhen şəhərində təşkil edilən Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu kimi dəyərləndirilir. Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.
59-cu Münhen Təhlükəsizlik Konfransı Azərbaycan üçün mühüm məqamlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyevin konfransa qatılan az sayda dövlət başçıları arasında olması, iki plenar iclasda iştirakı, konfrans çərçivəsində çoxsaylı görüşlər keçirməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha aydınlıq gətirdi.
Dövlət başçısı İlham Əliyevin "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirakı və çıxışı ölkəmizin diplomatik uğurlarının davamlılığına geniş imkanlar yaratdı. Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər. Cənab İlham Əliyev çıxışında bir çox məsələlərlə bağlı fikirlərini səsləndirdi, Azərbaycanın sülh təklifindən bəhs etdi, bir sözlə, Cənubi Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı Azərbaycanın xəritəsini təqdim etdi. “Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik” söyləyən Prezident İlham Əliyev bildirdi ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Bu işi gec yox, tezliklə tamamlayacağımıza ümid edirik. Bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər.
Münhen Təhlükəsizlik Konfransı dövlət başçısı İlham Əliyevin parlaq qələbəsi və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti məğlubiyyəti ilə yadda qaldı. Ermənistan rəsmisinin yenə də çıxışını yalan, qeyri-cidi fikirlər üzərində qurması konfrans iştirakçıları üçün sadəcə vaxt itkisi oldu. Prezident İlham Əliyev həm işğal, həm də postmünaqişə dövrünün reallıqlarını faktlar əsasında beynəlxalq auditoriyaya çatdırdı. Onu da xüsusi qeyd etməliyik ki, builki tədbirin iştirakçılarının say tərkibi geniş idi. Müzakirəyə çıxarılan məsələlərin, ən əsası plenar iclasın mövzusunun olduqca böyük maraq kəsb etməsi tədbirin gedişindən özünü qabarıq şəkildə büruzə verdi. Məhz bu marağın böyüklüyünə rəğmən dövlət başçısı İlham Əliyev plenar iclasdan sonra Azərbaycan televiziya kanallarna müsahibəsində bu məqamı xüsusi qeyd etdi ki, əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi.
Konfrans çərçivəsində aparılan müzakirələr Azərbaycanın mövqeyinin dəstəklənməsi ilə müşayiət olundu. Bu baxımdan ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması lazımdır. Azərbaycan sülh təklifini iki il bundan əvvəl Ermənistana təklif edib. Dövlət başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

