Ağır sınaq Türkiyənin iradəsinə təsir etməyəcək
16.02.2023 [15:49]
“Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin sevinci də, kədəri də birdir. Fevralın 6-da qardaş Türkiyədə baş verən güclü zəlzələnin Azərbaycan xalqında yaratdığı kədər, nəticələrin aradan qaldırılması istiqamətində səfərbər olması da deyilənlərin təsdiqidir. Hər zaman olduğu kimi, iki dost, qardaş ölkənin birliyi, bir-birinin yanında olması dünyanın diqqətindədir.
Qardaş ölkəyə ilk dəstəyi Azərbaycanın göstərməsi də təbiidir. Azərbaycan qardaş dəstəyinin nümunəsini bir daha ortaya qoydu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını, kədərləndirdiyini bildirən dövlət başçısı İlham Əliyev, eyni zamanda, fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olaraq başsağlığı verdi və səfirlə söhbət zamanı bu əminliyi ifadə etdi ki, bu ağır sınaq Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.
Azərbaycan dövləti, xalqı hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu, öz dəstəyini, həmrəyliyini nümayiş etdirdi. Cənab İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olarkən bu məqamı da xüsusi qeyd etdi ki, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Azərbaycan sona qədər öz dəstəyini göstərəcək.
Dövlət başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq faciə baş verdiyi saatlardan bu günədək Fövqəladə Hallar Nazirliyinin 1000 nəfərədək şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, bu prosesdə istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar davamlılığı ilə diqqətdədir. Ümumiyyətlə, xalqımız səfərbər olub. Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir, humanitar yardımlar davamlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş dəstəyinə görə Azərbaycan dövlətinə və xalqına, cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edir.
İnsanların həyatının qurtarılmasında Azərbaycan xilasedicilərinin də əməyinin olmasından qürur duyuruq. Prezident İlham Əliyev zəlzələdən xəsarət alan vətəndaşların Azərbaycanda müalicəsi üçün bütün imkanların olduğunu da bəyan edib. Dünya bir daha bu dostluğun, qardaşlığın sarsılmazlığının şahididir. Bir-birinə sıx tellərlə bağlı olan iki dost ölkə tarixi sınaqlardan hər zaman şərəflə çıxıb və bu sınaq qardaşlığımızı daha da möhkəmləndirdi. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07

