Əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var
08.02.2023 [11:36]
Bildiyimiz kimi, Azərbaycan ilə Rumıniya arasında 30 il ərzində yüksək səviyyədə diplomatik, siyasi münasibətlər qurulub və uzunmüddətli sıx əməkdaşlıq, fəal siyasi dialoq mövcuddur. Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləməsi etibarlı münasibətlərin əsasını qoyub. Həmçinin, hər iki dövlət arasında baş tutan mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaradır. Azərbaycan ilə Rumıniya arasında ticari-iqtisadi əlaqələrdən danışsaq, əminliklə deyə bilərik ki, buradakı dinamika artan xətt üzrə gedir və bu, çox sevindirici haldır. İki dəfədən çox artan ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Ümumiyyətlə, dünyada enerji sahəsində əməkdaşlığın aktuallığı Rumıniya ilə Azərbaycanı qaz ixracı məsələsində də fəal şəkildə bir araya gətirir. Azərbaycan bu ilin yanvar ayından etibarən, Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Rumıniya Azərbaycan qazının Avropa məkanında yeni ünvanıdır, Azərbaycan qazı Rumıniyanın imkanları ilə digər Avropa ölkələrinə nəql ediləcək və bu, Rumıniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi olacaq. Avropanın Cənubi Qafqaz ölkəsi kimi Azərbaycana bəslədiyi xüsusi münasibət onunla bağlıdır ki, Azərbaycan Avropa İttifaqı üçün yenidən etibarlı enerji tərəfdaşına çevrildi. Avropa məkanına qaz ixracatı sürətlə artır, ölkəmiz enerji təhlükəsizliyinə davamlı şəkildə böyük töhfələr verir. Azərbaycan ilə Rumıniyanın iqtisadi əməkdaşlığında neft və qaz kifayətedici deyildir. Rumıniya yaşıl enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı, yaşıl enerji sahələrində əməkdaşlığa maraqlıdır, eyni şəkildə, Azərbaycan da bu sahələr üzrə əməkdaşlığın qurulmasına, genişləndirilməsinə maraq göstərir. Hər iki ölkə arasında əməkdaşlıqda digər prioritet sahə də nəqliyyat sahəsidir. Bakı ilə Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Beləliklə, Rumıniya-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi deməyə əsas verir ki, əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, həm də, nəqliyyat sahəsində gözəl nəticələrə gətirib çıxaracaq...
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

