Yeni dostlar, tərəfdaşlar...
07.02.2023 [13:37]
“Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.”
Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında bu mühüm məqama da diqqəti yönəltdi ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçirir və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir: “Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var.”
Tədbirin iştirakçılarının say tərkibini, qatılan ölkələri, şirkətləri, beynəlxalq qurumları əvvəlki toplantılarla müqayisə etdikdə xeyli artımın olduğu aydın şəkildə görünür. Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, digər tərəfdən iştirakçılar arasında etimad mühitinin mövcudluğunun göstəricisidir. Dövlətlərarası münasibətlərdə etimadın mövcudluğu əsasdır. Cənab İlham Əliyev çıxışında bu reallığı da diqqətə çatdırdı ki, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım: “Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur.” Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır. Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində müzakirə olunan məsələlər, mətbuata birgə bəyanatları da Azərbaycanın bütün Avropa üçün önəminə işıq saldı. “Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq” söyləyən Rumıniya Prezidenti onu da əlavə etdi ki, Bu, mənim ölkənizə ilk rəsmi səfərimdir. Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı yönümündə addımlar atılmağa başladı. Azərbaycan-Rumıniya münasibətlərində də yeni mərhələ məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra başladı. Son 19 ildən artıq dövrdə Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin qazandığı uğurlar göz önündədir. Cənab İlham Əliyev 2004-cü ildə Prezident kimi Rumıniyaya ilk rəsmi səfərini etdi. Bu səfərin iki ölkə arasında əlaqələrin inkişafında önəmi 10-dan artıq sənədin imzalanmasında öz əksini tapmışdı. "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" isə 2009-cu ildə imzalanıb. Bu sənəd Azərbaycanın Avropa İttifaqına üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi. Ümumilikdə bu günədək Azərbaycan və Rumıniya arasında 60-dan çox sənəd imzalanıb. Bu sənədlər iki ölkənin əlaqələrinin inkişafında yol xəritəsidir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır. Bu fonda belə bir əminlik də ifadə edildi ki, Azərbaycan etibarlı tərəfdaş olaraq Cənub Qaz Dəhlizi kimi layihələri gələcəkdə də irəli sürəcək.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

