Vüsar İsmayılov: “Macarıstanla əlaqələrimiz səmimiyyətə və sağlam təməllərə dayanır”
03.02.2023 [11:34]
“Prezident İlham Əliyev cari ilin yanvarın 29-da dost Macarıstana rəsmi səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər, imzalanan sənədlər ölkəmizin xarici siyasət kursunda olduqca əhəmiyyətli və perspektivlidir. Belə ki, müxtəlif ölkələrlə birgə əməkdaşlıq münasibətlərinin qurulmasında və mövcud əlaqələrin inkişaf etdirilməsində hər zaman maraqlı olan Azərbaycan dost Macarıstan Respublikası ilə də əlaqələrinin irəliyə aparılmasına yüksək səy göstərir. Dövlətlərin və xalqların təhlükəsizliyinin və inkişafının qarantı məhz dostluq və əməkdaşlıq münasibətlərindən asılıdır. Qarşılıqlı maraqlara xidmət edən, müxtəlif sahələrin inkişafını hədəfləyən məlumat və təcrübə mübadilələri, eyni zamanda real işbirlikləri müasir geosiyasi vəziyyətin mürəkkəbləşdiyi bir dövrdə olduqca əhəmiyyətlidir”.
Bu sözləri Prezident İlham Əliyevin Macarıstana rəsmi səfərini şərh edərkən verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə dövlət başçımız İlham Əliyevin Macarıstanda yüksək səviyyədə qarşılanması və əldə olunan razılaşmalar dövlətimizin gücündən və birbaşa cənab prezidentin nüfuzundan, ona olan inam və etibardan qaynaqlanır. Çünki Azərbaycan digər ölkələrlə münasibətlərində hər zaman səmimi və qətiyyətli olub. İmzalanan sənədlərin icrası və əldə olunan razılaşmaların icrasına yüksək həssaslıq və məsuliyyətlə yanaşıb. Təsadüfi deyil ki, bir sıra ölkələrin, hətta Avropa ölkələrinin prezidentləri belə dövlət başçısı İlham Əliyevlə bağlı fikirlərində ondan öyrənəcəkləri çox məlumatların və təcrübələrin olduğunu, onun sözünün də imzası qədər gücü malik olduğunu bildirirlər. Macarıstanla əlaqələrimiz də bu baxımdan səmimiyyətə və sağlam təməllərə dayanır. İstər Macarıstan Prezidenti xanım Katalin Novakla, istərsə də Baş nazir Viktor Orbanla keçirilən görüşlərdə bu fakt bir daha vurğulanıb: “Macarıstanla bir çox sahələrdə əməkdaşlığımız uğurla davam edir. Belə ki, uzun illər apardığımız uğurlu siyasət enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Səfər çərçivəsində enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunun imzalanması isə enerji sahəsində gələcək əlaqələrin və imkanların daha da artırılacağına önəmli əsas verəcək. Bununla da iki ölkə arasında əlaqələr daha yeni bir dövrə qədəm qoyaraq, daha geniş hədəfləri reallığa çevirəcək”.
Vüsar İsmayılov onu da qeyd etdi ki, ölkələrimiz arasında təhsilin inkişafı istiqamətində də mühüm proqramlar həyata keçirilir. Bunun nəticəsidir ki, onlarla gəncimiz Macarıstan hökumətinin müvafiq təqaüd proqramları ilə bu ölkədə təhsil alaraq öz bilik və bacarıqlarını artırır: “Əməkdaşlıq əlaqələrindən söhbət açarkən mina təhlükəsizliyi ilə bağlı nəzərdə tutulan əməkdaşlıqdan da danışmaq vacibdir. Bildiyimiz kimi, tarixi ərazilərimiz işğaldan azad edildikdən sonra orada yenidənqurma işlərinə start verilib və proses təxirəsalınmadan icra olunur. Lakin təəssüflə qeyd etməliyik ki, prosesin gedişinə mane olan əsas səbəb ermənilər tərəfindən 30 ilə yaxın müddətdə orada basdırdığı minalardır. Hansı ki, müharibədən sonra da yüzlərlə hərbçi və dinc vətəndaşımız bu mina terrorunun qurbanı olub. Dövlətimizin qarşısında dayanan həlli vacib məsələlərdən, vəzifələrdən biri də həmin ərazilərin ən qısa zamanda minalardan təmizlənməsidir. Macarıstanla gələcəkdə bu məqsədlə əməkdaşlıq imkanlarının yaradılması olduqca təqdirəlayiqdir”.
Rayon təşkilatının sədri ikitərəfli əlaqələrin öz müsbət təsirini göstərəcəyinə və gələcəkdə daha müxtəlif və yeni sahələri əhatə edəcəyinə inamını ifadə etdi.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

