İranın “molla rejimi” bu terror aktına görə məsuliyyət daşıyır
30.01.2023 [11:00]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Terror sərhəd tanımır, terrorun vətəni, irqi, qütbü yoxdur. Məhz rəsmi Tehranında terrorçu əməlləri bu qəbildəndir. Bu gün bölgədə İran və Ermənistan kimi terrorçu dövlətlərin mövcutluğu siyasi baxımdan da region dövlətləri üçün çox ciddi təhdiddir, eyni zamanda sülhün və sabitliyin təmin olunmasına kölgə salmaqdadır.
Tarixə nəzər salsaq görmək olar ki, bütün dövr və dönəmlərdə özünü dost kimi göstərməyə çalışan İran Azərbaycana qarşı hər zaman məkrli siyasət aparmışdır. Bu məkirli siyasətin kuliminasiya nöqtəsi isə ölkəmizin Tehrandakı səfirliyində törədilən terror aktı oldu.
Məlum olduğu kimi 27 yanvar 2023-cü il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində səfirliyimizin əməkdaşlarına qarşı terror aktı törədilmişdir. Terror aktı zamanı səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlu şəhid olmuşdur. Bu terror aktını pisləyir, aktın həyata keçirilməsinin təşkilatçılarının cəzalandırılmasını tələb edirik.
İranın “molla rejimi” bu terror aktına görə məsuliyyət daşıyır və Beynəlxalq hüquq konvensiyaları əsasında Azərbaycana cavab verməlidir.
İslam pərdəsi adı altında terror aktını həyata keçirən fars-molla rejiminin bu əməli demokratiyaya, islami dəyərlərə qarşı atılmış bir addımdır. 30 ilə yaxın bir müddətdə ermənistanın işğalı altında qalmış şəhərlərimizin, qəsəbə və kəndlərimizin molla rejimi tərəfindən dağıdılaraq yer üzündən silinməsi də bəşəriyyətə qarşı törədilmiş terror hadisəsidir. İşğal altında olan ərazilərimizdə Məscidlərimizi və dini abidələrimizi təhqir edən işğalçı rejimin rəhbərinin arvadını öz dövlətinin məscidlərində ziyarət etdirməsi müsəlman aləminə və İslam dininə qarşı böyük bir hörmətsizlikdir. Azərbaycan Respublikasının ermənistan üzərində parlaq qələbəsini həzm edə bilməyən İran molla rejimi sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi Azərbaycana qarşı təhtid metodu idi. Lakin fars-molla rejimi yaxşı bilməlidir ki, Azərbaycanın əliyalın silahlı terroristin üstünə atalan mərd, igid və qəhrəman övladları var.
Din pərdəsi altında İranın anti-Azərbaycan mövqeyi, dövlətimizə və ərazi bütövlüyümüzə qarşı yönələn siyasəti heç kəsə sirr deyil. Özünü müsəlman ölkəsi kimi təqdim edən İran “molla rejimi” tarixin bütün dönəmlərində ermənipərəst mövqeyi ilə seçilən, ölkəmizə qarşı təxribatlar xarakterli münasibət bəsləyən dövlət olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, İran müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirib və rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin əsasında da məhz bu amil dayanıb.
Özünü "İran İslam Respublikası" adlandıran, ancaq əslində bütün islam dünyasının adına qara ləkə yaxan “molla rejimi” 30 il ərzində erməni işğalında qalmış ərazilərimizdəki dini, mədəni abidələrimizin, məscidlərimizin və qəbiristanlıqlarımızın dağıdılıb, təhqir olunmasına göz yumdu. İranın əsl iç üzü məhz bundan ibarətdir.
Azərbaycan öz güclü lideri ətrafında birləşən milli, mənəvi və İslami dəyərlərə sadiq olan güclü dövlətdir.
İranın “molla rejimi” unutmamalıdır ki, Azərbaycan 30 il bundan öncəki Azərbaycan deyil və heç bir təhdid Azərbaycanı haqq yolundan döndərə bilməz.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

