Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dünya İqtisadi Forumu ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasının nümayişi oldu

Dünya İqtisadi Forumu ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasının nümayişi oldu

24.01.2023 [15:04]

Yola saldığımız həftənin ən önəmli hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı və İsveçrəyə səfəri çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi olub.

Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, ölkə başçımızın forumda növbəti dəfə fəal iştirakı, orada səsləndirdiyi fikirlər və çoxsaylı görüşləri geniş maraq doğurmaqla yanaşı, Azərbaycanın sosial-iqtisadi inkişafının, həyata keçirilən siyasi və iqtisadi islahatların beynəlxalq ictimaiyyətə təqdimatı baxımından çox faydalı oldu.

Hər il Davos Dünya İqtisadi Forumunda təmsil olunan Azərbaycan artıq bu forumun nüfuzlu üzvlərindən birinə çevrilib. Azərbaycan üçün uğurlu olan son Davos Forumunda Cənubi Qafqaz regionunda reallaşdırılan strateji layihələrin əsas təşəbbüskarı və mərkəzi aktoru kimi fərqlənən ölkəmizdə görülən genişmiqyaslı, çoxşaxəli işlər, qlobal layihələr, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına, bu ölkədə investisiya mühitinin çox müsbət olduğuna, xarici və yerli sərmayələrin lazımınca qorunduğuna bir daha əmin oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsində Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biri olan enerji böhranı və təhlükəsizliyi, eləcə də bərpaolunan enerji məsələlərinə diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq: "Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.”

Sözsüz ki, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, iqtisadi potensialı və digər amillər ölkəmizin geosiyasi çəkisini daha da artırıb. Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilib.

Ramil Orucov onu da qeyd edib ki, qlobal problemlərin işıqlandırılması və çağırışların edilməsi baxımından ən uğurlu platforma - Davos forumu zamanı Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı ölkə başçımızın sözü imzası qədər qüvvətli və dəyərli olduğunu da bir daha vurğulandı. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapıb. Dövlət başçımızın həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

“Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”. Bu sözləri söyləyən cənab İlham Əliyev dünya iqtisadiyyatında geriləmə, tənəzzül və böhran müşahidə edildiyi bir vaxtda Azərbaycanda dayanıqlı iqtisadi, sosial sistem, inkişafın milli modelini yaradıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi bunun ən bariz nümunəsidir. Məhz, Azərbaycan xalqının Lideri - dövlət başçısi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirməyi bacarmış bir dövlətə çevrilib.

Dünyanın böyük dövlətlərinin liderlərinin də mütəmadi olaraq iştirak etdikləri, geosiyasi və geoiqtisadi çəkisi ilə seçilən Dünya İqtisadi Forumunda Azərbaycan Lideri cənab İlham Əliyevin fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksək səviyyəli işgüzar görüşləri ölkəmizin daha parlaq inkişafına töhfə oldu – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vurğulayıb.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31