/ / Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir
Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir
23.01.2023 [10:55]
“Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və mövcud siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyev bildirib ki, Çinlə əlaqələr Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda o da qeyd olunmalıdır ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb. Bütün bunlar heç şübhəsiz ki, qarşılıqlı hörmətin rəmzidir və Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələrinin xalqlarımızın tərəqqisi, rifahı naminə uğurla inkişaf edəcəyinə, güclənəcəyinə güclü əsaslar yaradır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu gün Azərbaycan ilə Çin arasında səmərəli əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub: “Son 30 il ərzində davam edən siyasi münasibətlər iki ölkənin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Azərbaycan ilə Çinin beynəlxalq təşkilatlar çərçivəsində çox yaxşı əməkdaşlığı var. Məsələn, BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası Qarabağ məsələsində Azərbaycana dəstək verir. Çin hər zaman məsələnin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu bəyan edib. Çinin BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvündən biri olmasını və beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir. Onu da əlavə etmək lazımdır ki, Çinin fəaliyyəti qlobal vəziyyətə təsirsiz ötüşmür və bu səbəbdən də dəstək, əməkdaşlıq ilə bağlı rəsmi Pekinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir”.
“Hazırda Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlıq əlaqələri inkişaf edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir və nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurub: “Bu mənada, Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlıq etməyə ümid edir. Eyni zamanda, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanda böyük potensial var, Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur və bu səylər də birləşməlidir”.
Xəbər lenti
Hamısına baxElm
01 Sentyabr 08:36
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

