“Siyasi partiyalar haqqında” yeni Qanun hazırkı reallıqlara tam cavab verir
17.01.2023 [12:14]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi dövrün tələblərindən irəli gəlirdi. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi. Cəmi 4 fəsildən və 20 maddədən ibarət bu qanun öz dövrünün reallıqlarını əks etdirirdi. 30 il keçdikdən sonra Azərbaycanda artıq yeni reallıqlar yaranıb, yeni siyasi konfiqurasiya formalaşıb. Təbii ki, Azərbaycanın inkişaf dinamikasına və qalib ölkə olmasına adekvat olaraq "Siyasi partiyalar haqqında" yeni qanun qəbul edilməli idi.
Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdi. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi yeni Qanunun hazırlanması prosesini sürətləndirdi. Yeni Qanun layihəsi hazırlanarkən sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirildi və bu Qanun hazırkı reallıqlara tam cavab verir. Yeni Qanun 6 fəsil, 30 maddədən ibarətdir. Yeni Qanunun hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilib, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Bu sənəd hazırlanarkən 20-dən çox ölkələrin təcrübəsi öyrənilib. Həmçinin Qanun layihəsi hazırlanarkən Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü yanaşmalar əsas götürülüb. Təbii ki, ölkədə yaşamaya-yaşamaya və ölkədə siyasi proseslərdən xəbəri olmaya-olmaya gəlib bir siyasi partiya yaradıb fəaliyyət göstərmək məntiqli olmazdı. Bu kimi hallar Qanunla tənzimlənir. Əvvəlki Qanundan fərqli olaraq yeni Qanunda siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Həmçinin yeni Qanunla siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağa aradan qaldırılmışdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur. Əslində bu hallar siyasi fəaliyyətlə məşğul olmaq üçün stimulverici qərarlardır. Eləcədə hakimiyyət iddiası olan insanların öz fəaliyyətlərini cəmiyyətə təqdimetmək baxımından maraqlıdır. Yeni Qanunla Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək.
Qanunun bu maddəsi siyasi partiyalar vasitəsi ilə “pul yuyulmasının” qarşısını təmamilə alacaq. Yeni qəbul olunmuş Qanunun bir sıra müddəaları siyasi fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin bütün sferalarda aktivliyinə yönəlib. Sadəcə düzgün fəaliyyət proqramı və daha sivil siyasi mübarizə nəticəsində istədiklərini əldə etmək mümkündür. Artıq diletantizm və pafosla ətrafında kütlə formalaşdırmaq mümkün deyil. Hər bir siyasi partiyanın aydın və inkişafa yönəlmiş proqramı hazırlanmalıdır. Bunun üçün hamının bərabər imkanları var.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

