Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
13.01.2023 [11:58]
Azərbaycanın II Qarabağ müharibəsindəki parlaq qələbəsi regionda yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqlardan biri isə, son 200 il ərzində ilk dəfə olaraq itirilmiş torpağımızın qaytarılması uğrunda atılan addımlar oldu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarını erməni işğalından azad etdi. Biz ötən yüzillikdə itirdiklərimizə qovuşmağı, tariximizə sahib çıxmağımızı öyrənirik. Azərbaycan dövlətinin müstəqilliyi möhkəmləndikcə, hərbi-siyasi, sosial-iqtisadi gücü artdıqca milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə edir
Yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində Möhtərəm Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçinin ən müasir protezlərlə təmin edildiyini də söylədi. Dedi ki, cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əltutma funksiyası təqribən 40-a çatır. Yəni dövlət öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışır.
Ölkəmizdə bir istiqamət də şəhid ailələri və müharibə əlillərinə dəstək verməkdir. Keçən il bu sahədə də önəmli addımlar atılıb, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzil verilib. 2021-ci ildə isə 3 min mənzil təqdim edilib. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıbdır.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində proqram xarakterli fikirləri ilə həm ötən ilin uğurlarını dəyərləndirdi, həm də qarşıdakı prioritetləri göstərdi. Hazırda Azərbaycan regionun ən sürətlə inkişaf edən qüdrətli dövlətidir. Ötən illər ərzində respublikamızın bölgələrinin inkişafı istiqamətində həyata keçirilən layihələrin uğurlu göstəriciləri, yaranan mənzərə hər bir ölkə üçün nümunə ola bilər. Ölkənin maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra olunacaq.
Müsahibədə ölkənin iqtisadi inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, beynəlxalq aləmlə əməkdaşlıqda yeni prioritetlər, xarici siyasətin mühüm istiqamətləri, ordu quruculuğu və sözsüz ki, 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar, Ermənistanın həmin reallıqlara düzəliş etmək cəhdləri və bir çox digər məsələlər öz əksini tapdı. Prezident İlham Əliyev həm bədnam qonşularımıza, həm də beynəlxalq aləmdəki bədxahlarımıza mühüm ismarıclar göndərdi. Prezident İlham Əliyev də bildirib ki, bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir: “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik”.
Sözü imzası qədər dəyərli olan Azərbaycan Liderinin irəli sürdüyü bütün təşəbbüslər reallaşır, proqramlar icra olunur. Bu, Azərbaycanın gücünü, qətiyyətini göstərən faktor qismində çıxış edir. Dünya ictimaiyyəti, eləcə də yerli ictimaiyyət bilir ki, Azərbaycan dövlətinin irəli sürdüyü təşəbbüsün arxasında qətiyyətli mövqeyi, dəqiq hədəfləri və uğurlu proqram dayanır. Bu isə yeni bir əminlik yaradır - biz öz dədə-baba yurdlarımıza qayıdacağıq!
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

