Şuşa-Laçın yolunda keçirilən aksiya kütləvi mübarizədir
20.12.2022 [11:40]
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi, dini və mədəni abidələrimizdir. Uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub, maddi və mənəvi sərvətlərimiz olan bu abidələrin özününküləşdirilməsi cəhdləri edilib.
Ermənistan işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Respublika əhəmiyyətli dəmiryolu xətləri sökülüb və yararsız hala salınıb. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.
Bu illər ərzində Ermənistan Azərbaycanın bütün növlərdən olan faydalı qazıntılarını xarici şirkətlər tərəfindən necə gəldi vəhşicəsinə talan etdirib və bu gündə davam etdirərək ərazidən çıxarılmasına şərait yaradır.
İllərdir xalqımız bu əməllərə qarşı çarəsiz idi. Lakin Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində ərazi bütövlüyümüz bərpa edildi. Artıq Azərbaycan xalqı ərazi bütövlüyünü pozmağa çalışan və təbii sərvətlərimizi talan edən bir qrup erməni quldurunun əməllərinə göz yummağa məcbur deyil.
Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi ədalətli tələblərinə dəstəyin günü-gündən artması, bu etirazın xalqımız adından keçirildiyini bir daha təsdiqləyir. Azərbaycan xalqının bu sarsılmaz iradəsi qarşısında ermənipərəst şəxslər və qüvvələr geri çəkilməlidirlər.
23 dekabr 2022-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji, digər fəsadlarla bağlı müvafiq dövlət qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin sülhməramlı kontingentin komandanı general Volkovla apardığı danışıqlar da buna xidmət edirdi. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan rəsmi qurumları təmsilçilərindən ibarət nümayəndə heyətinin dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə səfər etmə cəhdinə baxmayaraq, bu səfərə süni əngəl yaradılıb. Əlbəttə, belə etibarsız hərəkətlər, razılaşmaların pozulması Azərbaycan vətəndaş cəmiyyəti fəallarının, ümumən xalqımızın haqlı etirazına səbəb olub. Əslində, Şuşa-Laçın yolundakı aksiyada olmaq istəyənlərin sayı orda olanlardan qat-qat çoxdur.
Azərbaycanın ekologiya fəallarının, ümumən vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası mülki ermənilərə qarşı olmayıb, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlə, respublikamızın təbii sərvətlərinin talanması, ekologiyaya dəyən zərərlə bağlıdır. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır.
Etiraz aksiyası ilə təmsil olunan bu haqlı hərəkat ölkəmizdə Vətən müharibəsindən sonra milli hədəflər uğrunda ən kütləvi mübarizədir. İştirakçılarının konkret tələbi budur. Qondarma rejim Azərbaycan torpağında özbaşınalıq edə bilməz. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

