Ramil Orucov: Ermənilərin ekoloji, mina terroru siyasətinin qarşısı alınmalıdır
19.12.2022 [10:50]
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarı danılmaz faktdır. 30 il bundan əvvəl ölkəmizin ərazi bütövlüyünü pozaraq, torpaqlarımızın 20 faizindən çoxunu zəbt edən işğalçı Ermənistan dinc sakinləri qətlə yetirməklə, bu yerlərin əsl sahiblərini evlərindən didərgin salmaqla, kəndləri, şəhərləri xarabalığa çevirməklə, xalqımızın mədəni irsini yer üzündən silməklə yanaşı barlı-bərəkətli, yeraltı-yerüstü sərvətlərlə zəngin olan torpaqlarımıza sahib çıxmağa çalışıblar.
Bunu açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfər düşmən işğalına son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz azğın düşmənin yüz illər boyu planlaşdırdığı mənfur niyyətini puç etdi. Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş, erməni işğalçılarının xarabalığa çevirdiyi ərazilərin bərpasına başlandı. Böyük qələbənin rəmzi olan Zəfər yolu öz əzəli-əbədi yurdlarından didərgin salınan soydaşlarımızın tezliklə doğma el-obalarına qayıdacaqları günün uzaqda olmadığını göstərir.
Təssüf ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında ermənilər təbii sərvətlərimizi qanunsuz olaraq mənimsəməkdə, beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmaqda və ekologiyaya ciddi ziyan vurmaqda davam edirlər. Dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Ancaq bu danışıqlar da məramı sülh olmalı sülhməqamlıların niyyətinin məkrli, təbii sərətlərimizi talamaqdan ibarət olduğunu göstərdi. Xüsusi ilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında Azərbaycana məxsus təbii sərvətlərimizin talanması davam edir. Bu da ölkəmizin tarixi qələbəsindən sonra 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarının Ermənistan tərəfindən yerinə yetirilmədiyini bir daha nümayiş etdirdi. İki il keçməsinə baxmayaraq üç ölkə liderinin - Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir.
Ramil Orucov vurğulayıb ki, Azərbaycan dövlətinə məxsus ərazilərdə ekoloji monitorinqin həyata keçirilməsinə imkan verilməməsi, buna mane olan pozucu ünsürlərə qarşı heç bir tədbir görülməməsi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni istismarı Azərbaycan ictimaiyyətinin və ekoloqların haqlı narazılığına səbəb olub. Azərbaycanın vətəndaşının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına, sadəcə talan edilmiş təbii sərvətlərimizin qanunsuz daşınmasının dayandırılması tələbinə ermənilər, onların havadarları fərqli don geydirir, xarici ölkələrdə haray-həşir salmağa başlayıblar. Əslində, Rusiya sülhməramlılarının Laçın yolunu bağlamaqla üzərlərinə düşən missiyanı tam yerinə yetirə bilmədiklərini, Azərbaycan ərazisində yerləşən erməni terrorçu qruplaşmaların təxribatçı əməllərinə şərait yaratdıqlarını bir daha ortaya qoyur. Rusiya Federasiyasının sülhməramlı kontingenti yolu bağlamaqla Ermənistan terrorçularının Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin, beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulmasının qarşısı alınmalıdır, günahkarlar məsuliyyətə cəlb olunmalıdır – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42

