Zəfər Paradı təkcə qələbə rəmzi deyil, həm də birlik qardaşlıq rəmzidir
05.12.2022 [10:16]
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvan mahallarında bir nəfər də olsa Azərbaycan türkü qalmadı, onlar dədə-baba torpaqlarından qovuldu,əmlakları yağmalandı, yüzlərlə günahsız insan isə erməni vəhşiliyinin qurbanı olaraq öldürüldü. Daha sonra Qarabağ ətrafında olan 7 rayonun işğalı ilə soydaşlarımız öz vətənimizdə qaçqına, didərginə çevrildi. Dünya isə bu ədalətsizliyə susurdu. Lakin unudurdular ki, türkün səbrinin də həddi var.
...Və nəhayət o gün yetişdi. 27 sentyabr 2020-ci ilin o günü Azərbaycan xalqı təkcə silahla yox, düşmənə qarşı nifrətlə silahlanmışdı. O gündən başlayan Vətən müharibəsi 44 gün ərzində xalqımızın, Ordumuzun, bizi qələbəyə səsləyən və aparan Liderimizin nəyə qadir olduğunu dünyaya sübut elədi. 44 günlük müharibənin hər günü şanlı tarix oldu. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 44 günlük amansız müharibədə dünyanı mat qoyan nüanslardan biri də o oldu ki, Azərbaycan Ordusunda bir nəfər belə fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bir sözlə bu müharibə həm də vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü kimi dünya hərb tarixinə yazılmış oldu.
Xalqla ordunun, siyasi hakimiyyətlə müxalifətin birliyi, Vətən mövzusunda hamının yekdilliyi bizi qələbəyə apardı. Bu qələbənin rəmzi olan Şuşa şəhərinin azad edilməsi kimin kim olduğunu, “Dəmir yumruğ”un gücünü göstərdi.
Qələbə Zəfəri ilə keçirilən Qələbə Paradının həsrətini düz 30 il gözlədik. Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytardı. Bu böyük qələbəmizdir. Bu qələbə münasibəti ilə keçirilən parad həm də o topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu.
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasət meydanında işğalçı düşmənə layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin paradda söylədiyi «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.» fikri qəlbimizi riqqətə gətirdi. Onunla birlikdə tribunada olan, fəxri qonaq, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın paraddakı nitqində “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür” cümlələri qələbəmizin möhtəşəmliyini bir daha göstərmiş oldu.
Paradda bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olundu. O gün, sözün əsl mənasında, tarixi bir gün olaraq Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günü kimi tarixləşdi. Paradda vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgəri iştirak etdi. Bu da Türkiyə və Azərbaycanın birliyi, qardaşlığın ən gözəl nümunəsi oldu.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

