/ / İran artıq öz riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” adı altında gizlədə bilmir
İran artıq öz riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” adı altında gizlədə bilmir
17.11.2022 [11:36]
Son zamanlar baş verən hadisələrin fonunda İran ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. Bu mənada İranın aqresiv davranışları xüsusi diqqət çəkir. Aqresiv davranışlarını həm etiraz edən xalq kütləsinə, həm də Azərbaycan üzərində göstərməyə çalışan İranın xarici siyasətində ölkəmizə qarşı kin-kidurətə bələnmiş hirs, əsəb və acıq müşahidə olunur. Amma son vaxtlar bunun daha da artması heç kimə sirr deyil. İran artıq öz riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” adı altında gizlədə bilmir.
Özünü İslam dini adı altında təbliğ edən İranın ölkəmizin əleyhinə olan addımları səngimək bilmir. Bütün mənəvi-əxlaqi, tarixi dəyərləri tapdalayan molla rejimi dörd bir tərəfdən sıxışdırıldıqca, özünü qorumaq üçün nifrətini, qəzəbini Azərbaycanın üzərinə tökür. İran xarici siyasətindəki uğursuzluqların, daxildəki böhranların da günahını Azərbaycanda axtarır. Hətta İranın yerli mediası Azərbaycan əleyhinə təbliğatı daha da artıraraq, ölkə daxilindəki etiraz dalğalarını uydurma ssenarilərlə Azərbaycanla əlaqələndirirlər. Görünən odur ki, İran Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırmağa çalışır. Araz çayının kənarına ordu yığmaq və hərbi təlimlər keçmək ölkəmizə qarşı açıq təhdiddir. Lakin İranın ölkə daxilindəki böhrandan diqqəti yayındırmaq üçün Azərbaycanı düşmən elan etməsi cəhdi əbəsdir. Bizim hər cür təxribata və hücuma cavab verəcək güc və qüdrətimiz var. İran açıq təhdidə keçirsə, ona uyğun da münasibət görəcək.
İranın bir çox şəhərlərinə yayılan və 100-dən çox insanın ölümünə səbəb olan etirazlar sübut edir ki, xalq molla rejimi dəstəkləmir. Etiraz aksiyalarında qadınlar örpəklərini və hicablarını tonqallarda yandırırlar. Bu ümumilikdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütövlükdə İran cəmiyyətinin mövcud hakimiyyətə və onun tətbiq etdiyi qaydalara etirazıdır. İran rejimi düşüncə baxımdan xalqla ayaqlaşa bilmir. Bu da etirazlara səbəb olur. İran hakimiyyəti yaxşı başa düşür ki, onlar böyük dəyişikliklərin astanasındadırlar. Bu qaçılmazdır.
İslam dinindən siyasi ideologiya kimi istifadə edən İran Zəngəzur dəhlizinin yaranmasında da ən böyük müqavimət göstərən tərəfdir. Bu ölkə ülvi dini hisləri istismar etməklə öz maraqlarını həyata keçirməyə, başqa ölkələrin daxili işlərinə qarışmağa çalışır. Ədalətsizliyin, haqsızlığın məkanına çevrilən İranın Ermənistana pənah gətirməsi də, onun əsl iç üzünü ortaya qoyur. 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra İranın Azərbaycana qarşı təxribatları və təhdidləri artmışdı. Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyini əsirgəməyən İran paralel olaraq Azərbaycana qarşı aqresiv münasibət nümayiş etdirmişdir. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur.
İran dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir. Milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyəti ilə açıq şəkildə ölkəmizin daxili işlərinə qarışır və ölkə daxilindəki sabitliyi pozmaq üçün din pərdəsi altında yaratdığı təxribatçı və casus qruplarını aktivləşdirir. Onlar Azərbaycanda İrana oxşar rejimin qurulmasını arzulayırlar. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatlar da bunu bir daha təsdiq edir. Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Azərbaycana qarşı yönəlmiş bu təxribatlar xalqımızda ikrah hissi oyadır.
Dünya multikulturalizmin ünvanlarından biri olan Azərbaycandan fərqli olaraq İran hər zaman fərqli ölkələr üçün dini zəmində təhdid yaradıb. Bundan əvvəl də İranla Azərbaycan arasında zaman-zaman gərginliklər olub. Lakin biz bu məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşaraq, əməkdaşlığı genişləndirməkdə maraqlı tərəf olmuşuq. Çünki İranın əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarətdir. İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib. İran yaxşı olar ki, ölkə daxilindəki böhranların səbəblərini düzgün təhlil etsin və yoluna qoysun.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

