YAP-ın 30 illik yubileyinə həsr olunmuş şahmat üzrə turnirin final mərhələsi keçirilib
12.11.2022 [22:17]
Noyabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş şahmat üzrə turnirin final mərhələsi keçirilib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov hesabat məruzəsi təqdim edərək bildirib ki, oktyabrın 29-da start götürən turnirdə ümumilikdə 80-i kişi və 80-i qadın olmaqla 160 nəfər gənc iştirak edib. Turnirin qrup mərhələsi üzrə görüşlər Bakı, Xaçmaz, İmişli, Ucar, Gəncə, Yevlax, İsmayıllı, Cəlilabad və Şirvanda, “play-off” mərhələsi üzrə Ucar şəhərində keçirilib, final yarışları isə Bakı şəhərində təşkil olunub.
Bakı Gənclər Mərkəzində keçirilən final oyunlarında I yeri qadınlar üzrə Türkan Abdullayeva (Gəncə), kişilər üzrə isə Şahin Hacıyev (Göygöl) qazanıb. II yerin qalibləri qadınlar üzrə Lalə Rzabəyli (Sumqayıt), kişilər üzrə Həzrət Orucov (Quba) olub. Xədicə Xəlilova (Zaqatala) və Rüfət Hümbətov (Saatlı) isə müvafiq olaraq III yeri əldə ediblər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən oyunları idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.
Qalib olan iştirakçılar diplomlar, medallar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. III yerin qaliblərini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Aynur Sofiyeva, II yerin qaliblərini YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, I yerin qaliblərini isə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.
Turnirin bağlanış mərasimində çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 12 Noyabr – Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hüquqi və demokratik dövlət quruculuğunun əsasını təşkil edib.
Bir neçə gün öncə Zəfər bayramının və Dövlət Bayrağı Gününün qeyd olunduğunu xatırladan Tahir Budaqov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərin qazanılmasında, ölkəmizin ərazi bütövlüyünün və xalqımızın milli qürurunun bərpa olunmasında Azərbaycan gənclərinin müstəsna rolu olub.
YAP Sədrinin müavini qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti nəticəsində vətənpərvər və intellektual gənc nəsil formalaşıb. Bu reallıq Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində də özünü təsdiqlədi.
Tahir Budaqov milli ruhda yetişmiş, sağlam əqidəli gənclərin Azərbaycanı beynəlxalq platformalarda da layiqincə təmsil etdiklərini diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşən gənclərimiz müstəqil dövlətimizin parlaq gələcəyinin qurulmasında fəal iştirak edirlər: “İnanıram ki, gənclərimiz ölkəmizin inkişafı və üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması üçün bütün imkanlarını səfərbər edəcəklər”.
Tahir Budaqov turnir iştirakçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş şahmat üzrə turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17

