İqtisadi amil ölkənin qüdrətini artırdı
02.11.2022 [11:51]
Tarixi Zəfərimizin iki ilinin tamamlanmasına az vaxt qalır. Şanlı Qələbəmiz Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Reallıq budur ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil etdi. Məhz ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları xalqın dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıracaq. Ona Özüm qədər inanıram.
Belə bir inamın ifadə edildiyi müraciətdən 17 il sonra Azərbaycan tarixi Zəfərə imza atdı. Qələbəyə qədər gedən yola qısa nəzər salaq. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Bu hədəfə yüksək səviyyədə nail olduq. Torpaqlarımız 30 il işğal altında olsa da bir gün də belə unudulmadı. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri olmurdu ki, Qarabağ münaqişəsindən bəhs etməsin. Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, dünya həqiqətləri öyrənməyə başladı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini daha da artırdı və ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan etdi. Qarabağ münaqişəsinin həllində Azərbaycanın diplomatik uğurlarının rolu daim önə çəkildi.
Azərbaycan münaqişənin sülh yolu ilə həllinə səy göstərsə də, hərb variantının da istisna edilmədiyini bildirdi. Ermənistanın danışıqlara imitasiya naminə qatıldığı açıq-aydın özünü büruzə verirdi. Hər dəfə danışıqlar ərəfəsində, yaxud sonra təxribatlar törədir, bununla da danışıqlar prosesini uzadaraq özü üçün əlavə vaxt əldə edirdi. Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci ildə ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” tapşırığına uyğun olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
Vətən müharibəsində əldə olunmuş Qələbə ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün həyata keçirilib.
İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox dövlətlərin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Ölkəmizin xarici siyasət uğurları davamlılığı ilə diqqət çəkdi.
Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərzilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibədəki tarixi Qələbəmizdən dərhal sonra azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verdi. Hazırda Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. Birliyimiz, həmrəyliyimiz Böyük Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində atılan addımlarda da öz sözünü deyir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

