Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə heç bir ehtiyac yoxdur
23.10.2022 [11:28]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri
Oktyabrın 14-də Astanada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında cənab Preziden İlham Əliyev bir daha konkret ifadələrlə ortaya qoydu: “Təəssüf ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir.” Dövlətimizin başçısı bir daha bütün dünyaya artıq öz təsdiqini tapmış həqiqəti bəyan edərək bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib və artıq Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur.”
ATƏT-in Minsk qrupunun işğal dövründə dəfələrlə şahidi olduğu erməni cinayətlərinə səssiz qalıbı, bu faktın özünün də tam ciddiliyi ilə nəzərə alnmasının vacib məsələdir. Ermənistan İkinci Qarabağ müharibəsi başa çatandan sonra da ölkəmizə qarşı mina və snayper terrorunu davam etdirir. Ötən iki il ərzində Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Azad edilmiş ərazilərdə indiyədək Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. İşğal dövründə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın təmsilçiləri dəfələrlə işğal olunmuş ərazilərimizdə olublar və erməni vandallarının bu ərazilərdə törətdikləri vəhşilikləri də öz gözləri ilə görüblər. Lakin Fransa heç zaman bütün bunlara görə Ermənistanı qınamayıb. Bu fakt Minsk qrupunun həmin dövrdə işğal altında olan ərazilərə səfər edən missiyaların eynilə minalanma proseslərinin də şahid ola biləcəklərinə dair əsaslı şübhələr yaradır. Azərbaycan və Ermənistan arasında münasibətlərə əslində heç bir aidiyyəti olmayan Fransanın dövlət başçısının bugünkü mövqeyi, xüsusən də bu mövqeyin işğalçı, terrorçu bir ölkənin yanında formalaşması da bu şübhələri bir qədər də gücləndirir. Fransa Prezidenti E.Makron oktyabrın 12-də demişdi ki, Rusiya Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü təhrik edib. O, Rusiyanı Qafqazda, həmçinin onun hüdudlarından kənarda sabitliyi pozmaqda və münaqişəsini qızışdırmaqda günahlandırmışdı.Rusiya Prezidenti Vladimir Putin Astanada çıxışı zamanı Makronun söylədiklərini qəbuledilməz adlandırıb: "Fransa Prezidenti Emmanuel Makronun Qafqazda vəziyyətin Rusiya tərəfindən qəsdən destabilləşdirilməsi ilə bağlı bəyanatları qəbuledilməzdir və düzgün deyil”. Fransa dövlət başçısı eyni zamanda, ölkəsinin Ermənistanı tək qoymayacağını deyib: "Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə hücuma keçib. Biz onları qınadıq. Biz erməniləri tək qoymacağıq”.
Fransa Prezidentinə cavab olaraq Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, "Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı". Prezident bununla ermənipərəst Makronun yalanlarını, ikiüzlülüyünü ifşa edib. Eyni zamanda, Azərbaycan Prezidenti Makronun leksikonunu tənqid edərək deyib:"... Küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin” Makronun Azərbaycana qarşı verdiyi bəyanatdan sonra Prezidentin sərt reaksiyası ona birinci cavab və birinci zərbə kimi dəyərləndirilə bilər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55

