ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur
20.10.2022 [11:45]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Məlum olduğu kimi oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Azərbaycan Prezidenti, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə dördtərəfli görüşü keçirilmişdir. Prezident cənab İlham Əliyev bir daha 28 il ərzində Minsk qrupunun fəaliyyətsizliyini, habelə Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması üçün BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq məsələni həll etməsini, postmüharibə dövründə Ermənistanın dəfələrlə Azərbaycan ərazisinə diversiya qrupları göndərdiyini, terror aktı törətmək cəhdlərini xüsusi vurğulamaqla mövcud platformadan mükəmməl istifadə etdi.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda minaların basdırıldığını, İkinci Qarabağ müharibəsi bitdikdən sonra bu günədək 250-dək vətəndaşımızın zərər çəkdiyini xüsusi qeyd etdi, təkcə işğaldan azad olunmuş Laçın rayonunun sərhəd ərazilərində 1400-ə yaxın minanın aşkarlandığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev bir daha vurğuladı ki, artıq ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.
Məsələ ilə bağlı geniş və ətraflı fikir mübadiləsi aparan ölkə Prezidenti cənab İlham Əliyev bildirmişdir: “Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”
Bəli, bu bir həqiqətdir ki, 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupu tam fəaliyyətsizlik nümayiş etdirdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan 44 günlük Şanlı Vətən Müharibəsində öz qüdrətini bütün dünyaya nümayiş etdirdi və döyüş meydanında tarixi ədaləti bərpa etmiş oldu.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20

