/ / Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişi bütün regionun iqtisadi və siyasi maraqlarına uyğundur
Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişi bütün regionun iqtisadi və siyasi maraqlarına uyğundur
18.10.2022 [15:44]
Dünya gücləri ikili standartlar siyasətindən əl çəkmədikcə Azərbaycan da bu riyakarlığa qarşı prinsipial mübarizəsini davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Astanada keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında etdiyi çıxışı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin ərazisinin 20 faizinin 30 ilə yaxın işğal altında qalması və bütün bu illər ərzində aparıcı dünya dövlətlərinin, mötəbər beynəlxalq təşkilatların Azərbaycanı işğal faktı ilə barışdırmağa yönəlmiş cəhdləri ölkəmizin bu ədalətsizlikdən kifayət qədər əziyyət çəkdiyini isbat edir. Lakin Azərbaycanın bəxti onda gətirib ki, bu ölkənin rəhbəri, bu xalqın lideri Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı, sarsılmaz siyasi iradəyə, qətiyyət və əzmkarlıq kimi yüksək keyfiyyətlərə malik olan Prezident cənab İlham Əliyevdir.
Məhz buna görə də Azərbaycan xalqı iki il bundan öncə möhtərəm dövlət başçımızın rəhbərliyi ilə özü beynəlxalq hüququ və tarixi ədaləti bərpa etməyə nail oldu. Cənab Prezident İlham Əliyev Astana Zirvə Toplantısında etdiyi çıxışında bir daha tarixi Qələbəmizin əhəmiyyətini diqqət mərkəzinə çəkərək qeyd etdi ki, Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.
Məlum olduğu kimi, erməni barbarları tərəfindən işğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir olunub və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı davamlı olaraq sistemli şəkildə müharibə cinayətləri törədib və bu cinayətlərə əslində bu gün də son qoyulmayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar erməni vandalizminin, erməni vəhşiliklərinin misli görünməmiş miqyasından xəbər verir. Aşkar olunmuş iki kütləvi məzarlıqda işgəncələrə məruz qoyularaq sonradan qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının və hərbçilərinin basdırılması faktı artıq öz təsdiqini tapıb. Lakin Ermənistan hələ də Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməkdən yayınır. Bütün bu cinayətlər barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə təşkilatına üzv ölkələrin dövlət başçılarını məlumatlandıran cənab Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdiyini xüsusi olaraq vurğulayıb.
Azərbaycan hər zaman olduğu kimi, bu gün də ölkəmizə və xalqımıza qarşı yönələn bütün təxribatlara baxmayaraq ədalətli sülhün tərəfdarı kimi çıxış etməyə davam edir. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliklərə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Əlbəttə ki, bu təklifin əsasında dövlətimizin təkcə öz xalqının deyil, həm də qonşu ölkə xalqlarının rifahı barədə düşünməsi durur. Azərbaycan hər zaman özünün beynəlxalq təşəbbüsləri ilə regional inkişafa misilsiz töhfələr verib. Bu gün isə, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Həmçinin ölkəmiz Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Artıq bütün beynəlxalq ekspertlər də təsdiq edirlər ki, bu layihənin reallaşması ilə bütün Cənubi Qafqazın inkişafında yeni bir mərhələ açılacaq.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

