Praqa görüşləri sülh müqaviləsini yaxınlaşdırır
12.10.2022 [12:06]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı keçirilib. Toplantıda bir sıra ikitərəfli və çoxtərəfli mühüm görüşlər baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra sülhə doğru daha bir addım atılıb. Görüşün sonunda bəyanat qəbul olunub. Amma bəyanata keçməmişdən öncə bəzi detallara diqqət yetirək. Praqa görüşünədək Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir. Təbii ki, keçirilən görüşlərin bir məqsədi var, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın.
Unutmaq olmaz ki, dünyanın üzləşdiyi mövcud geosiyasi vəziyyət Azərbaycanın enerji resurslarına tələbatı kəskin artırıb. Avropa bu qış və yaxın bir neçə ildə üzləşəcəyi enerji böhranından çıxmaq üçün Azərbaycana möhtacdır. Eləcə də Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Həmçinin Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini qeyd etmək lazımdır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş ikitərəfli və üçtərəfli görüşlərdən sonra verilən müsbət mesajlar, həmçinin müzakirələrin sülh gündəliyini formalaşdıran və Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında aparılması Brüssel formatını Bakı üçün uğurlu edən səbəblər sırasındadır. Çünki görüşlərdən sonra səsləndirilən bəyanatlarda tamamilə Azərbaycanın maraqları öz əksini tapır. Məsələn, Şarl Mişelin təşəbbüsü ilə təşkil edilən görüşlərdən sonra Birliyin yaydığı bəyanatlarda "Dağlıq Qarabağ münaqişəsi" və "status" ifadələri işlədilmir, Minsk qrupunun ümumiyyətlə adı çəkilmir, Qarabağdakı ermənilər isə Azərbaycan ərazisində yaşayan "etnik qrup" kimi göstərilir. Həmçinin Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasında, xüsusilə Zəngəzur dəhlizinin inşasında maraqlı olan tərəfdir. Sadalanan məqamlardan da aydın olur ki, Brüssel formatında keçirilmiş görüşlər Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində atılan uğurlu addımlardandır. Bu səbəbdən, Azərbaycan üçtərəfli görüşlərin formatının dəyişdirilməsində, hər hansı qüvvənin formata daxil edilməsində maraqlı deyil. Amma son proseslər göstərir ki, bəzi maraqlı güclər üçtərəfli formatdan razı deyil, danışıqlar prosesində kənarda qaldığı üçün narahatdırlar. Ona görə də hər hansı bir yolla sülh danışıqları prosesinə daxil olmağa çalışırlar.
Praqada keçirilmiş dördtərəfli görüşdən sonra verilmiş bəyanat bir daha sübut edir ki, Ermənistan və onun havadarı olan Fransa Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə qəbul edir. "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq". Bununla da Ermənistan BMT nizamnaməsi əsasında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir, bölgədə Bakının hakim qüvvə olduğunu təsdiqləmiş olur. Ölkə başçısı müsahibəsi zamanı Bakı və İrəvanın yavaş-yavaş sülhə doğru yaxınlaşdığı ilə bağlı mesaj verib və bildirib ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Görünən odur ki, Ermənistan sülhə gedən yolda son çırpınışlarını etməklə yekunlaşmaq üzrə olan prosesdə hər hansı üstünlüyə nail olmaq istəyir. Amma zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinin əleyhinə işləyir. Bu səbəbdən, İrəvan sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün öz öhtəliklərini yerinə yetirməlidir və bölgədə vəziyyəti gərginləşməkdən yayınmalıdır. Son olaraq qeyd etmək lazımdır ki, 5 saatdan artıq davam edən Praqa görüşlərində ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı Prezident İlham Əliyevin peşəkar diplomatik səyləri nəticəsində alındı.
Xəbər lenti
Hamısına baxSiyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23

