Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir
07.10.2022 [10:57]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Cari ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar və yeni imzalanan bu Memorandum Azərbaycan-Avropa İttifaqı arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir.
Qeyd edək ki, bu gün Azərbaycan neft kontraktları ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. 2021-ci ildə Azərbaycan ilk dəfə olaraq Cənub Qaz Dəhlizi üzərindən Avropaya istehsal etdiyi qazı nəql etmişdir.
Hal-hazırda Avropada yaşanan enerji böhranı fonunda Azərbaycanın illər boyu üzərində işlədiyi enerji infrastrukturu Aİ-nin diqqətini cəlb etməkdədir. Bu, eyni zamanda Azərbaycan üçün suverenliyin qorunmasında, habelə Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaqda yeni bir imkan, habelə Avropada yaşayan insanların enerji və qaz tələbatının ödənilməsinə dəstəkdir.
Prezident cənab İlham Əliyevin cari ilin 30 sentyabr tarixində strateji tərəfdaş olan Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində vurğulamışdır: “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək.” Bəli, bu imkanlar həm iqtisadiyyatın şaxələnməsinə, həm də regionda xalqların dayanıqlı sülhlə təmin olunmasına öz müsbət töhfələrini verə bilər.
Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabrın 30-da Bolqarıstana rəsmi səfəri və səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı tərəfdaşlıq məsələlərinin müzakirəsi Azərbaycanın etibarlı qaz təchizatçısı kimi Avropa üçün önəm daşıyan ölkə olduğunu bir daha təsdiq etmiş oldu. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır. Cənab Prezidentin iştirak etdiyi mühüm tədbirlərdən biri Yunanıstan-Bolarıstan Qaz İnterkonektorunun açılış mərasimi olmuşdur. Cənab Prezidenr İlham Əliyev açılış mərasimindəki çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur.
Xüsusilə vurğulamaq lazımdır ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq.
Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatında çıxışı zamanı bildirdiyi kimi, "Yunanıstan- Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır".
Bu gün bir çox nüfuzlu dövlətlərin Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

