Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri
06.10.2022 [19:39]
Məlum olduğu kimi, işğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Ona görə də, 44 gün davam edən Vətən müharibəsi qaçılmaz oldu. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq. 44 günlük Vətən müharibəsində Zəfər günü tarixi ədalətin təntənəsidir. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi. Ordumuzun əks-hücum əməliyyatları zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və ekspertlərin diqqətini cəlb etdi. Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.
Bildiyimiz kimi, Cəbrayıl şəhəri və bu rayonun doqquz kəndi 2020-ci il oktyabr ayının 4-də düşmən işğalından azad edilib. Vətən müharibəsinin davam etdiyi növbəti günlərdə rəşadətli Ordumuz işğal altında olan digər ərazilərimiz kimi Cəbrayıl rayonunun digər kəndlərini də düşmən işğalından azad etdi. Ümumiyyətlə, tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılıb. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin hər günündə xalqa qələbə müjdəli müraciəti tezliklə ərazi bütövlüyümüzün təmin olunacağına inamı artırdı. Bu müraciətlərdə hər gün bir rayonun, kəndin, qəsəbənin, strateji yüksəkliklərin azad edilməsi ilə yanaşı, Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyib qaçan Ermənistan silahlı qüvvələrindən qənimət kimi götürülən, yaxud məhv edilən hərbi texnikanın, silah-sursatın statistikası da açıqlandı. Təbii ki, bu statistikanın açıqlanması rəşadətli Ordumuzun qüdrətinin, ermənilərin illərdir yaratdıqları miflərin dağılması ilə yanaşı, mənfur düşmənin himayədarları tərəfindən silahlandırılmasının təqdimatı idi. Prezident İlham Əliyev bütün müraciətlərində, xarici mətbuata müsahibələrində bu suala cavab tapmaq istədi ki, Ermənistanda bu qədər silah haradandır? Sadə görünən, amma özündə bütün məqamları birləşdirən bu sualın cavabı Azərbaycan dövlətinə çox yaxşı bəlli idi, amma 30 ildə əksər dünya güclərindən ala bilmədiyimiz cavabı, 44 günlük Vətən müharibəsi dövründə də eşitmədiyimiz üçün belə səpkili sualların sayı daha da artdı. Əsas olan budur ki, dünya gücləri ikili standartlara əsaslanan siyasəti davam etdirib, ədaləti və beynəlxalq hüququ arxa plana keçirib işğalçıya dəstək missiyasını yerinə yetirsələr də, sonda ədalət Zəfər çaldı.
Bu gün torpaqlarımız tarixi sahibindədir, insanlarımız yeni həyata qədəm qoyaraq 30 ilin dağıntılarını bərpa-quruculuq işləri ilə əvəz edirlər. Tarixi Zəfərimizə imza atdıqdan dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da işğaldan azad edilmiş ərazilərimizə - Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu da səbəbsiz deyildi, çünki 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu istiqamətlərdən Zəfər yürüşünə başlamaqla yanaşı, ilk olaraq burada şəhid verərək həmin ərazilərimizi azad etmişdilər. Artıq, Cəbrayıl şəhərinin Baş planı təqdim edilib. Dağıntıları aradan qaldırmaq, şəhərlərimizin əvvəlki görkəmini bərpa etmək üçün genişmiqyaslı işlərə böyük ehtiyac vardır. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlətimizin başçısının bu ərazilərə məlum səfərləri çərçivəsində Müzəffər Ali Baş Komandan Xudafərin körpüsündə, Cəbrayıl şəhərində Dövlət Bayrağını ucaldıb. İşğal zamanı ermənilərin qondarma “polis idarəsi”nin yerləşdiyi binaya, dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə, Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmisiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirilib, Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq olub, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi keçirilib, “Cəbrayıl” yarımstansiyasının, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı baş tutub. Bunlar qısa müddətdə görülən işlərin xronologiyasıdır.
Xalqımızın Ali Baş Komandan İlham Əliyevə, eləcə də, müzəffər Ordumuza inamı, dəstəyi, həmçinin, ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Bu gün digər azad edilmiş rayonlarımız kimi, Cəbrayıl rayonunun da bərpası istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Qısa zamanda görülən işlərin fonunda bu əminliyi ifadə etmək olar ki, tezliklə Cəbrayıl rayonunda görülən işlər uğurla başa çatacaq, cəbrayıllılar bu torpaqlarda yeni həyata başlayacaqlar.
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17

