/ / Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan milli müstəqillik yolunda böyük nailiyyətlər qazanıb
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan milli müstəqillik yolunda böyük nailiyyətlər qazanıb
04.10.2022 [11:22]
Tarixi şəxsiyyətlər unudulmur. Nadir tarixi şəxsiyyətlər isə yaddaşlara əbədi həkk olunur, xatirələrdə yaşadılmaqla yanaşı, zəkalarının nuru və ruhlarının sevgisi ilə milyonların həyat yoluna işıq salır. Azərbaycan xalqı Heydər Əliyev kimi dühası ilə daim fəxr edir və əbədi olaraq edəcəkdir.
Azərbaycan tarixinin önəmli bir dövrü görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev vətən, xalq amalı ilə təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın həyatında önəmli bir şəxsiyyət kimi yaşamışdır. Onun Azərbaycana rəhbərliyinin əsrin üçdə biri qədər dövrünü əhatə edən zaman kəsiyi Heydər Əliyev dühasının zirvəsi hesab oluna bilər. Bu dövr Azərbaycan xalqının həyatında intibahdır. Böyük bir eradır - Heydər Əliyev erasıdır.
Həyatının mənasını xalqına və dövlətinə təmannasız xidmətdə görən ulu öndər istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Azərbaycanın şöhrətini, nüfuzunu yüksəklərə qaldırmış, milli mənafeyini, mentalitetini, mənəviyyatını qorumuş və inkişaf etdirmişdir.
Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir.
Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirdi, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tribunalar qazandı. Beynəlxalq təşkilatlara üzv qəbul olunması ona bu imkanları daha da artırdı.
Ulu öndər respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artdı, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırıldı. Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasıını təmin edərək, onun müstəqilliyini əbədi və dönməz etdi.
İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən cənab Prezident müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Xalqa layiqli xidmət andını əməli işi ilə doğrultmuş dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş demokratiya kursunu inamla davam etdirmişdir.
Respublikamız hazırda inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində tərəqqi və intibaha, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları əzmlə gerçəkləşdirmək imkanı yaradır.
Artıq Azərbaycan dünyada söz sahibidir. Xüsusilə, Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycanla hesablaşır, regionda və dünayda sülhün, təhlükəsizlyin təminatçısı kimi onun diqtə etdiyi şərtlərlə razılaşırlar.
Bugün biz tam əminik ki, Heydər Əliyev siyasi kursu Azərbaycanda daim davam edəcək və dahi liderimizin müəllifi olduğu milli inkişaf strategiyası cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlərlə müşayiət olunacaq.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22

