Pirallahı rayonunda “Andına və xalqına sadiq Ulu Öndər” başlıqlı tədbir keçirilib
03.10.2022 [18:11]
03 oktyabr 2022-ci il tarixində Pirallahı rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Andına və xalqına sadiq Ulu Öndər” başlıqlı tədbir keçirilmişdir. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini İsmayıl Əliyev, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və rayon fəalları iştirak etdilər.
İlk olaraq Ümummilli lider Heydər Əliyevin RİH-nin inzibati binasının foyesindəki büstünün önünə tər çiçəklər qoyulmuşdur.
Tədbirin açılışında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş və müasir Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının dahi oğlu, Ümummilli lider, böyük azərbaycanlı Heydər Əliyevin mübarizələrlə, uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olmuşdur.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Ümumilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işləri vurğulayan natiq qeyd etmişdir ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ulu öndərin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildirmişdir ki, müstəqilliyimizin bərpasından sonrakı ilk dövrü - 1991-1993-cü illər tariximizə xaos, anarxiya, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin məhvolma ərəfəsində olduğu məşəqqətli dövr kimi həkk edilib. SSRİ-nin dağılması ilə elan edilən müstəqillik Azərbaycan xalqına azad ölkənin vətəndaşı olaraq qürur duymaq hissindən əvvəl Dağlıq Qarabağ problemi kimi milli faciə və bu problemdən heç də geri qalmayan siyasi təlatümlər, hakimiyyət ambisiyaları nəticəsində meydana çıxan qovğalar, itkilər gətirmişdi. Kağız üzərində olan müstəqilliyi dövlətin mövcudluğu timsalında təsbit etmək, onu möhkəmləndirmək lazım idi, lakin o vaxt iqtidarda olanlar yalnız öz mövqelərini möhkəmləndirməklə məşğul idilər. O illərdə xalqımızın təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyrisabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin güclü liderə ehtiyacının olduğunu göstərirdi. Bunun nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi. Beləliklə, 1991-1993-cü illərdə ən ağır günlərini yaşamış Azərbaycan xalqı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan düzgün siyasi seçim əsasında xaosdan tərəqqiyə keçid mərhələsinin bünövrəsini qoydu. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü ölkəsinin gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. Bu tarixi paralellər əsasında bu fikri böyük qətiyyətlə bildiririk ki, Ulu Öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisidir.
Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov öz çıxışında vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Pirallahı rayon gəncləri adından çıxış edən Aysel Qəribli qeyd etmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Tədbirin sonunda Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü, qocaman neftçi Səməd Əhmədov öz xatirələrini dəyirmi masa iştirakçıları ilə bölüşmüş və bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin sonunda Pirallahıya səfəri zamanı neft mədənlərinin fəaliyyəti ilə maraqlanarkən burda çalışan neftçləri “qəhrəman neftçilər” adlandıraraq bu sahədə çalışan fədakar insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqlarını vermişdir. Məhz Heydər Əliyevin həmin səfərindən sonra Pirallahıda çoxmənzilli müasir binaların tikintisinə başlanılmış, xəstəxana binasının bünövrəsi qoyulmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

