“Şəhidlər” Memorial Abidə Kompleksində anım tədbiri keçirilib
27.09.2022 [17:54]
27 sentyabr 2022-ci il tarixdə saat 10:00-da Beyləqan rayonu inzibati ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhidlər” Memorial Abidə Kompleksində anım tədbiri keçirilmişdir. Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri və aparat əməkdaşları, rayon İcra Hakimiyyətinin əməkdaşaları, Şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, veteranlar, N saylı hərbi hissənin əsgər və zabitləri, İctimai Şura, QHT rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etmişdir.
Tədbir “Şəhidlər” Memorial Abidə Kompleksi ərazisində Şəhid ailəsi üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası ilə başlamışdır. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunmuşdur. Azərbaycan Dövlət Himninin sələndirilməsindən sonra iştirakçılar şəhidlərin məzarları önünə tər qərənfillər düzmüşlər. 450 nəfərin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov birinci və ikinci Qarabağ müharibələri zamanı şəhid olmuş bütün vətən övladlarına Uca tanrıdan rəhmət, ailə üzvlərinə isə səbr diləmişdir. Eyvaz Hüseynov bildirmişdir ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusunun əzmkzrlığı, qəhrəmanlığı və şücaəti nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu. Başçı qeyd etmişdir ki, Azərbaycan Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. O, həmçinin 12 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatdan söz açaraq bildirmişdir ki, mənfur düşmən daim qisas hissi ilə alovlanır və bu məqsədlə də mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərimizdə təxribatlar törədirlər. Bütün bunlara baxmayaraq yenilməz Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərməyi bacarır və onların törətdiyi hər bir təxribata qarşı tutarlı əks hərbi əməliyyatlar həyata keçirilir.
44 günlük Vətən müharibəsi iştirakçısı ehtiyyatda olan polkovnik-leytenant, Xocavənd Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz Mirzəliyev çıxış edərək bildirmişdir ki, 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Natiq savaş meydanında əldə edilmiş tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözlədiyini əminliklə qeyd etdi. “Qarabağ Müharibəsi Əlilləri Vetranları və Şəhid Ailələri” İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Müşviq Hüseynov bildirmişdir ki, 1992-ci ildən başlayan Qarabağ müharibəsində Xocavəndlilər düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparmış və bu mübarizədə onlarla şəhidlər vermişdir. 4 il davam edən hərbi əməliyyatlar zamanı düşmənə ağır zərbələr vurulduğunu qeyd edən Müşviq Hüseynov həmin döyüşlərdə xocavəndli könüllülərinin şücaətindən söz açmışdır.
Şəhid Elzamin Tağıyevin atası Eyvaz Tağıyev çıxışında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsinin yazıldığını və Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd etdilər. Daha sonra Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət ədəbi bədi kompozisiya nümayiş etdiridi.
Xəbər lenti
Hamısına baxGündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58

