Vətən satqınlarına ar olsun!
23.09.2022 [12:19]
3000 şəhiddən biri olan oğlum Anar peşəkar hərbiçi idi. Anar cismən bizdən ayrıldı, amma həmişə qəlbimizdədir və bizə çoxlu dost qazandırdı öz əməli ilə.
Şübhəsiz ki, bizim qələbəmizi gözü götürməyən qüvvələr də mövcuddur. Biz daima xəbərlərə qulaq asırıq, sosail şəbəkələrdə eşidirik. Azərbaycanın çörəyini yeyib, ona nankor olan övladlar görürük. Bu gün xaricə qaçıb orda qarayaxmalar kampaniyası təşkil edən vətəndaşlara mən çox təəssüf edirəm. Əlbəttə, qələbə qurbansız olmur. Işğala son qoydu 44 günlük müharibə. Bizim torpaqlarımız işğaldan azad oldu. Bu qələbələrin yanında qarayaxmalar təşkil edənlərin sapı bizdən olan baltalardır, öz vətəndaşlarımızdır. Mənim fikrimcə, Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Altay Göyüşov, Tural Sadıqlı, Qubad İbadoğlu, Süleyman Süleymanlı kimi ünsürlər ölkəmizdə daxili sabitliyi pozmağa cəhd göstərənlərdir.
Anarın bir sözü var idi: "Mən istəyirəm ki, bu tarixi bir hadisə, torpaqlarımızın işğaldan azad olması övladlarımıza qalmasın. Babalarımız müəyyən vaxtlarda torpaqlarımızı itirə-itirə gəlib. Ancaq biz torpaqlarımızı azad edək ki, bu, gələcək nəsillərə qalmasın, gələcək nəsillər bizi qınamasın.
Ali Baş Komandanımızın uzaqgörən siyasəti və türk qardaşlarımızın bizə böyük dəstəyi nəticəsində torpaqlarımız işğaldan azad oldu. Bu danılmazdır. Müzəffər Ali Baş Komandanımız möhtərəm Prezidentimiz Ulu Öndərin məzarını ziyarət edərkən demişdir: "Mən bu gün çox sevinirəm ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim". Mən hər zaman demişəm, bu gün də deyirəm ki, 1993-cü ildə döyüşən, itkin düşən oğullar heç də bu gün qəhrəman olan oğullardan geri qalan oğullar deyildi. Onlar da çox cəsarətli və cəngavər idi. Ancaq o vaxt ağız birliyi yox idi, dövlətdə boşluq var idi. Ölkədə vəzifə davası, anarxiya hökm sürdüyü üçün torpaqlarımızı itirdik. O zaman da çox şəhidimiz oldu, lakin heç nə əldə edə bilmədik. Ancaq indi ona sevinirəm ki, indiki şəhidlərimizin qanı yerdə qalmadı. Mən bir şəhid anası kimi hər bir vətəndaşımızı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə və ölkəmizə qarşı qarayaxmalar kampaniyası təşkil edənlərə qarşı birgə mübarizə aparmağa çağırıram.
Səkinə Bayramova
Vətən müharibəsi qəhrəmanı polkovnik-leytenant şəhid Anar Əliyevin anası
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28

