Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi milli dirçəliş prosesinin özülü oldu
31.08.2022 [11:40]
1990-1993-cü illərdə həm Ermənistan tərəfindən ardıcıl olaraq hərbi həmlələrə məruz qalan, həm də o zamankı ölkə rəhbərliyi tərəfindən sıxışdırılan, təzyiq göstərilən Naxçıvan tarixin ən çətin sınaqlarını yaşamalı olmuşdur.ağır iqtisadi böhran, nəqliyyat-komunikasiya əlaqələrinin kəsilməsi, sərt iqlim şəraitində mübarizə aparmaq olduqca çətin idi. Siyasi burulğanlar dövründə xalqı fəlakətdən qurtaracaq şəxsiyyətə ehtiyac duyulurdu. Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə Muxtar Respublika Ali Məclisinin I sessiyası keçirildi. Sıravi xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. Həmin sesiyada qəbul edilən çox mühüm tarixi qərarlardan biri də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsidir. Bundan az sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”;
Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında isə yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olundu. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev dedi: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır..."
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. Bu seçimlə Ulu Öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.
Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür".
Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə muxtar respublikanın dünyanın digər ölkələri və beynəlxalq qurumları ilə də münasibətlərinin əsası qoyulmuşdu. Həmin dövrdə bölgəni ağır vəziyyətdən çıxarmaq üçün Heydər Əliyev gərgin diplomatik fəaliyyət göstərmiş, Azərbaycanın, muxtar respublikanın problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etmişdi
Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. O ağır dövrdə Naxçıvanın Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri Muxtar Respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Naxçıvan Muxtar Respublikasının qonşu Türkiyə vilayətləri - Qars, İqdır, Ağrı, Ərzurum, Van ilə də əlaqələri yaranır və möhkəmlənirdi. Heydər Əliyev Türkiyədə səfərdə olarkən dəfələrlə bu bölgələrdə olmuş, həmin vilayətlərin nümayəndə heyətləri də öz növbəsində Naxçıvana işgüzar səfərlər etmişdilər. Xüsusən, Qars və İqdır vilayətləri ilə əlaqələr sürətlə, yüksələn xətt üzrə inkişaf edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik etdiyi dövrdə xarici əlaqələrin sıx inkişaf etməyə başladığı ikinci dövlət Azərbaycanın cənub qonşusu olan İran İslam Respublikası idi. Ölkəmiz müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikası Azərbaycan-İran siyasi, iqtisadi, mədəni əlaqələrində öz coğrafi şəraitinə görə, eyni zamanda, düşdüyü blokada vəziyyətinə görə mühüm və əhəmiyyətli rol oynamağa başladı. Bu səbəbdəndir ki, hələ də Azərbaycan dövləti öz tərkib hissəsi olan Naxçıvanla nəqliyyat-kommunikasiya əlaqələrini İran ərazisi ilə həyata keçirir. Müstəqilliyin ilk dövründə Azərbaycan-İran münasibətləri heç də hamar olmamış, istənilən səviyyədə qurulmamışdı. Xüsusən, Xalq Cəbhəsinin iqtidarı dövründə İrana münasibətdə radikal çağırışlarla müşayiət olunan hərəkətlər iki dövlət arasında kifayət qədər problem yaratmışdı. Belə şəraitdə Naxçıvana uğurla rəhbərlik edən Heydər Əliyev öz uzaqgörən siyasəti ilə qonşu dövlətlə münasibətləri müəyyən qədər tarazlaşdırmağa, bununla da, Muxtar Respublikanın iqtisadi çətinliklərini bir qədər yüngülləşdirməyə nail ola bilmişdir.
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə qonşu İran, Türkiyə rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlarda təkcə Naxçıvanın deyil, həm də Azərbaycanın, onun Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən təcavüzə məruz qalması ilə bağlı problemləri ön plana çəkir, bütün diplomatik fəaliyyətini həmin problemin həllinə yönəldirdi. Bütün bu diplomatik gedişlər isə iqtisadi blokadanın ağır məngənələri altında yaşayan Naxçıvanın çətin imtahanlardan uğurla çıxmasına şərait yaratdı.
Taleyini xalqın taleyi ilə bağlayan, bütün şüurlu fəaliyyətini Azərbaycanın inkişafına və çiçəklənməsinə, azad, müstəqil dövlətin qurulmasına həsr edən Ulu Öndərin xalq qarşısında xidmətləri tariximizin qızıl səhifələrinə çevrilir. İllər ötdükcə, siyasi hadisələrin mahiyyəti daha da aydınlaşır. O gərgin dövrdə yuxarıda qeyd etdiyim mühüm qərarlara imza atan, xalqın milli birliyini təmin edən Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində taleyüklü, əlamətdar və ümummilli önəm daşıyan bir hadisədir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34

