Son illər əldə olunan bütün uğurlarımızda Mehriban xanım Əliyevanın da imzası vardır
26.08.2022 [17:51]
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov
26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı çox hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Doğum günü münasibəti ilə çox hörmətli Mehriban xanım Əliyevanı YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından təbrik edir, ona dəyərli ailə üzvləri ilə birgə uzun ömür, can sağlığı və xalqımız tərəqqisi naminə yorulmaz fəaliyyətində müvəffəqiyyətlər arzu edirik. Milli maraqlarımızın müdafiəsi istiqamətində və dövlətçiliyimizin inkişafı naminə çox hörmətli Mehriban xanımın əməyini yüksək qiymətləndirir, ona öz dərin minnətdarlığımızı bildiririk.
Xüsusi qeyd etmək istərdim ki, Mehriban xanım dəfələrlə Suraxanı rayonunda olmuş və öz səmimiyyəti ilə rayon sakinlərinin mütləq əksəriyyətinin sevgisini qazanmışdır.
Çox hörmətli Mehriban xanımın ictimai, siyasi və dövlət xadimi kimi çoxillik fəaliyyəti məhsuldar nəticələrlə xalqımızın inkişafına öz töhfəsini verməkdədir. Xüsusi ilə də müharibə və postmüharibə dövründə öz xalqının sevimli qızı, igid döyüşçü qardaşlarının mərd bacısı, müharibə qurbanlarının mehriban anası, şəhid ailələri və qazilərin hamisi olduğunu bir daha bütün xalq gördü. Heydər Əliyev Fondunun rəhbəri kimi onsuz da bütün müşküllərində aztəminatlı ailələr, həssas təbəqədən olan insanlar Mehriban xanım Əliyevaya müraciət edirdilər. İndi isə Mehriban xanım Prezident cənab İlham Əliyevlə birgə özləri bu qəbildən olan insanları müntəzəm diqqət və qayğı ilə əhatə etdilər.
Xalqa xidmət edən insanlar seçilmişlərdir. Bu deyim hər zaman öz aktuallığını qoruyur. Belə ki, insanlarla yanaşı, xalqa xidmət göstərəcək adamlar Allah tərəfindən də seçilir və sanki onlar xüsusi missiya daşıyırlar. Belə olmasaydı, onminlərin, yüzminlərin dərdini bir insan özünə dərd bilməzdi. Belə olmasaydı, müxtəlif adamların müxtəlif qəbildən olan problemlərini, sevinclərini, kədərlərini, göz yaşını, gülüşünü özününküləşdirmək mümkünsüz olardı. Allah insanlara xidmət edən şəxsiyyətlərə qeyri-adi güc, əzm, səbr qismət etmişdir. Bununla yanaşı yaradana və yaradılmışlara qarşı sonsuz sevgini bu seçilmiş insanların qəlbində yerləşdirməklə Allah sanki dünyada xeyirə şərlə mübarizəsində öz dəstəyini göstərir. Özü də belə insanlara müqəddəs missiyalarını yerinə yetirmək üçün heç bir imtiyaz, vəzifə, mövqe maraqlı və lazım deyildir. Belə insanlar ən böyük gücü öz xalqından almaqdadırlar.
Belə bir söz də var deyərlər ki, “el yüksəldəni heç kim yıxa bilməz”. Bu söz sanki Mehriban xanım Əliyevanın timsalında deyilib. Bu yazımda mən çox da uzaq tarixə getmədən Vətən Müharibəsi ərəfəsində və sonrakı bərpa prosesində Mehriban xanımın fəaliyyətinə toxunmaq istərdim. Hesab edirəm ki, gələcək nəsillər, xüsusi ilə də fəlsəfə, psixologiya, sosiologiya kimi sahələrdə elmi iş yazacaq insanlar üçün Mehriban xanımın son iki ildə həyata keçirdiyi hümanizm fəaliyyəti böyük maraq sahəsi hesab oluna bilər.
Mehriban xanım Əliyeva peşakar təşkilatçı və qətiyyətli dövlət xadimi olduğunu Azərbaycanda yüksək səviyyədə həyata keçirilmiş beynəlxalq yarışların, görüşlərin, konfransların təşkili zamanı dəfələrlə nümayiş etdirmişdir. Onun dünya sülhünə və mədəni sərvətlərinə verdiyi dəstək məlumdur. İlk Avropa Oyunları, Formula-1 yarışları, beynəlxalq xarakteri görüşlərin təşkili, dünyada Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində görülmüş işlər, dünya miqyasında “Xocalıya ədalət” kampaniyası, ən incə məqamlarda milli kimliyimizin, milli dəyərlərimizin, mənəvi varlığımızın dünya birliyinə çatdırılması, Azərbaycanda həyata keçirilən bütün sosial layihələr, incilərin dünya mədəniyyətinə qazandırılması, mədəniyyət və incəsənət xadimlərinin müalicəsi Mehriban xanımın gördüyü işlərin bir qismidir. O, yorulmadan öz humanist ideyalarını ölkəmizdə və dünyada yayır. Mehriban xanım Əliyeva sülhün, humanizmin və bəşəri sevginin çarçısıdır.
Dost dar gündə tanınar. Varmı elə bir çətin günümüz ki, möhtərəm Prezidentlə Mehriban xanım orda olmasın? Elə bir xəstəmiz, çətinə düşən ziyalımız, inkişaf etmək istəyən gəncimiz, zədəli idmançımız, yaralı əsgərimiz yoxdur ki, Mehriban xanım ona xeyirxah əlini uzatmasın.
İşğaldan azad olunan torpaqlarda ilk olan insanlardan biri və Prezidentdən sonra birincisi elə Mehriban xanım olmuşdur. Baxmayaraq ki, müharibədən təxminən cəmi bir ay keçmişdi və o ərazilər çox təhlükəli idilər. Lakin Mehriban xanım Şuşaya, Füzuliyə, Xüdafərinə və digər ərazilərə ilk ayaq basan və o əraziləri öz şəxsi telefonu ilə, səmimi şərhləri ilə çəkib bizə göstərən insandır. Onun bölgədən verdiyi vacib ismarıclar sadə xalq kütlələrində bərpa prosesinə inam, etimad yaratmışdır. Xalq gördü ki, Prezident və onun ailəsi xalqın, dövlətin, milli maraqların ən qətiyyətli müdafiəçisidir.
Son illər əldə olunan bütün uğurlarımızda Mehriban xanım Əliyevanın da imzası vardır. Möhtərəm Prezident İlham Əliyevin iti zəkası, dərin bilgiləri, sonsuz vətən sevgisi hər birimizə örnəkdir. Cənab Prezidentin gərgin əməyinin arxasında dayanan, ona mənəvi güc verən, dayaq olan məhz Mehriban xanım Əliyevadır. Ən çətin anlarda Mehriban xanımın həm öz həyat yoldaşına, həm də xalqına necə böyük dəstək olduğunu biz əyani hiss edirik, görürük. Məhz budur Azərbaycan xalqının mənəvi övladına, anasına, bacısına - Mehiraban xanım Əliyevaya olan sevgisinin əsası.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

