Azərbaycan öhdəliklərə sadiqdir, eyni məsuliyyəti qarşı tərəf də göstərməlidir
15.08.2022 [15:48]
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın istər döyüş meydanında, istər diplomatiya, istərsə də informasiya cəbhəsində üstünlüyünün dünyaya təqdimatı oldu. Azərbaycan işğal altında olan torpaqlarını istənilən yolla azad etmək imkanında olsa da 30 ilə yaxın dövrdə sülh danışıqlarına üstünlük verdi, Ermənistanın nə zamansa torpaqlarımızı sülh yolu ilə geri qaytaracağına inamını itirmədi. Çünki dünyanın əsas beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Həmin qətnamələrdə Azərbaycanın mövqeyi dəstəklənir, Ermənistan işğalçı qüvvələrinin bu torpaqlardan qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Amma 30 ilə yaxın dövrün təcrübəsi göstərdi ki, ədalət və beynəlxalq hüquq zamana və məkana görə tətbiq edilir.
Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması, biri-birlərinin ərazi bütövlüyünü tanımaqla tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması hazırda Cənubi Qafqazda sabitlik və regional inkişaf üçün əsas şərtlərdən biridir. Elə bu səbəbdən də Azərbaycanın yürütdüyü siyasətin mərkəzində sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, yekun sülh müqaviləsinin imzalanması ilə qarşılıqlı əməkdaşlığa başlanılması dayanır.
İkinci Qarabağ müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından bir ildən çox vaxt keçir. Amma buna baxmayaraq, Ermənistan tərəfi, hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Ermənistan hakimiyyəti regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələri sabotaj etməklə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır. İstər 10 noyabr üçtərəfli Bəyanatda, istərsə də 11 yanvar 2021-ci ildə keçirilən Moskva görüşündə qəbul olunan Bəyannamədə əksini tapan müddəaların icrası istiqamətində Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir: “Amma Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir. Bu baxımdan ki, qeyd olunan sənədlərdən irəli gələn öhdəliklərini yerinə yetirmir. Dövlət başçısı İlham Əliyev Ermənistana və ona havadarlıq edən dövlətlərə bu fikirləri ilə ciddi mesaj ünvanlayır: “ Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır.”
10 noyabr Bəyanatının imzalanmasından 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan tərəfi sənəddə əks olunan bəzi müddəaların yerinə yetirilməsini yubadır. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan tərəfi qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə qaldırsa da Ermənistan bu prosesi yubadır.
Ermənistan hakimiyyətinin öhdəliklərin icrasından yayınması və fürsət düşdükcə hərbi təxribatlara əl atması ötən gün baş verən toqquşmalara, ermənilərin daha ağır zərbə almalarına səbəb olur. Onlar bundan dərs çıxarmalıdırlar.
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində müsahibə zamanı qeyd edib ki: “ Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi.”
Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində ciddi addımlar atır. Zəngəzur dəhlizinin açılması reallıqdır. İki dövlətin sərhədinin delimitasiyası məsələsi Brüssel görüşlərində əldə edilən razılaşmalarda öz əksini tapıb. Amma problem Ermənistanın bu prosesləri yubatmasında, qeyri-konstruktiv mövqe ortaya qoymasındadır.
Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Bütün bunlar Prezident İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir və iqtisadi inkişaf planları işğaldan azad olunmuş bütün rayonları əhatə edir. Sadəcə, burada Prezidentin dəfələrlə vurğuladığı bir məqam – zamanla yarış məsələsi var. Üstəgəl, zaman faktorundan başqa, erməni cəlladlarının torpaqlarımızda basdırdıqları minalar da Azərbaycanın Qarabağın yenidən qurulması işlərinə əngəl yaradan, ləngidən amil kimi çıxış edir.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

