Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İdarəetmədə aparılan köklü islahatlar vətəndaş məmnunluğuna xidmət edir

İdarəetmədə aparılan köklü islahatlar vətəndaş məmnunluğuna xidmət edir

01.08.2022 [13:08]

Dünya dövlətləri içərisində söz sahibi olan Müstəqil Azərbaycan Respublikası bu gün heç kimdən asılı olmayan, öz müqəddəratını sərbəst həll etməyə qadir olan, müstəqil sosial-iqtisadi  siyasət yürüdən güclü dövlətdir və Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən, xalqın iradəsinə və milli maraqlara söykənən dövlət siyasətinə alternativ yoxdur.

     Ölkə başçısının düşünülmüş siyasətinin, gələcəklə bağlı mükəmməl proqramların icrasının və xalq-iqtidar birliyinin nəticəsi olaraq  Azərbaycan öz dinamik inkişafını davam etdirir, ölkə iqtisadiyyatı yüksələn xətlə irəliləyir, bütün istiqamətlərdə qarşıya qoyulan vəzifələr uğurla icra edilir.

     Prezident İlham Əliyevin “Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq” ifadəsinə  rəğmən bu gün ölkəmizdə yaradılmış münbit şəraitin nəticəsi olaraq sahibkarlıq inkişaf edir, bütün sahələrdə  insanların məmnunluğuna xidmət edən ASAN modellər tətbiq olunur. Aparılan  sosial-iqtisadi islahatlar nəticəsində uzun illər ərzində insanları narahat edən problemlər həll olunur.

      Ölkə rəhbərinin regionlara səfərləri çərçivəsində tez-tez rayonlarda olması, verdiyi tapşırıqların icrası ilə yerində tanış olması nəticəsində bütün bölgələrdə elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, müasir xəstəxanalar, idman kompleksləri, təhsil, mədəniyyət və  tibb ocaqları inşa edilmişdir.

       Xüsusi qeyd olunmalıdır ki, xalqın qayğısına qalan Prezidentimiz dövlət və cəmiyyət həyatı üçün istənilən neqativ meyillərə qarşı vaxtında adekvat tədbirlər həyata keçirir, istənilən situasiyada xalqının yanında olur, hər bir vətəndaşın mənafeyinə cavab verən çevik qərarlar qəbul edir. Çünki cəmiyyətin tərəqqisi ilə yanaşı, sosial həmrəyliyini təmin edən əsas şərtlərdən biri vətəndaşı düşündürən problemlərin vaxtında həll edilməsi, hər bir insanın dövlət strukturlarına olan müraciətlərinə çevik və ədalətli münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus söhbət sosial dövlətdən, sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı narahat edən məsələlərə daha diqqətlə yanaşılması olduqca vacibdir. Bəli, məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.  Bütün bunlar ilk gündən Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri olub. Azərbaycanı inkişaf yoluna çıxarmaqla bölgənin liderinə və qalib dövlətə çevirən Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətini nəzərdən keçirdikdə, onun bu tələblərə cavab verən alternativsiz siyasi lider olduğu bir daha qabarıq görünür.

      Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionlara səfər proqramlarında vətəndaşlarla görüşlərə xüsusi yer ayırıb, onları hər zaman dinləyib.  Son dərəcə səmimiyyət fonunda keçən bu görüşlər Prezidentin vətəndaşların məhz qayğılarına və problemlərinə həssas münasibətini nümayiş etdirib. Bu da onu göstərir ki, İlham Əliyev üçün insan amili bütün məqsədlərin fövqündə dayanır. Hələ illər öncə "Bizim siyasətimiz şüar, boş-boş vədlər, reallığı əks etdirməyən bəyanatlar deyildir. Bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın qayğısına diqqət yetirmək, hər bir insanın, hər bir rayonun problemini çalışıb həll etməkdir", - deyən dövlət başçısı bütün fəaliyyəti boyu daim bu prinsiplərə sadiq olduğunu təsdiq edib.  Elə buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin simasında özlərinin ən yaxın hamisini, güvənc yerlini görür və onunla  fəxr edirlər.

      Azərbaycanda dövlət siyasətinin təməlində ilk növbədə insan amilinin dayandığını çoxsaylı aspektlərdən göstərmək mümkündür. İqtisadi və sosial islahatların məzmunu, gərgin situasiyalarda, ekstremal şəraitlərdə hakimiyyət orqanlarının göstərdiyi çevik reaksiyalar insan amilinin nə qədər prioritet olduğunu nümayiş etdirir. Məsələn, Ukraynada baş verən hadisələrlə əlaqədar bir neçə ay əvvəl bu ölkədə olan vətəndaşlarımızın Azərbaycana qayıtmaları üçün görülən işlər bir daha göstərdi ki, dövlətimiz üçün insan amili hər zaman prioritetdir. Bundan əvvəl isə 2020-ci ildə koronavirus infeksiyasının geniş yayıldığı zaman xarici ölkələrdə olan vətəndaşlarımızın təxliyəsi həyata keçirilmişdi. Məlum olduğu kimi, həmin vaxt təyyarə reyslərinin ləğv olunması səbəbindən xeyli sayda vətəndaşımız xarici ölkələrdə qalmışdı. Prezident İlham Əliyevin göstərişləri əsasında dövlət həmin vətəndaşların qısa müddətdə öz evlərinə qayıtmalarını təmin etdi. O dövrdə respublikamızda dərhal qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin sayəsində koronavirusun ciddi fəsadlar verməsinin qarşısı alındı.  Eyni zamanda Azərbaycan dövləti süni qiymət artımının qarşısını almaq, öz vətəndaşlarını qorumaq üçün lazım olan bütün addımları atır. Məlum olduğu kimi, ərzaq məhsulları üzrə qiymətlərin artımı  bütün dünyanı bürümüş bir problemdir. Lakin Azərbaycan dövləti bu prosesdən də vətəndaşları qorumaq, qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq və əhalinin sosial rifahını təmin etmək üçün lazım olan  bütün tədbirləri həyata keçirir. Azərbaycan dövlətinin öz vətəndaşının məmnunluğu ilə bağlı tədbirlərinin bir istiqamətini də vətəndaş müraciətlərinə diqqətlə yanaşılması və onlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsidir. Bu baxımdan indiyədək "ASAN xidmət" mərkəzlərinin və digər innovativ mexanizmlərin formalaşdırılması ilə vətəndaşlar onlara göstərilən keyfiyyətli xidmət nümunələrinin şahidi olublar.

     Prezident İlham Əliyevin bu ilin mart ayında açılışında iştirak etdiyi Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin yaradılması isə bir daha  göstərdi ki, vətəndaşlara keyfiyyətli xidmət sahəsində işlər davamlıdır. Bu mərkəzin yaradılması ilə vətəndaş müraciətlərinə baxılması yeni keyfiyyət mərhələsinə yüksəldi. Vətəndaşlara diqqətlə yanaşılması, onların problemlərinin vaxtında həll edilməsi ölkəmizin inkişafına, cəmiyyətimizin rifahına xidmət edən əsas məsələlərdən biridir.

      Bu gün uğurla həyata keçirilən çoxsahəli islahatların mühüm tərkib hissələrindən biri də layiqli  kadr siyasətidir. Aparılan məqsədyönlü kadr islahatları, bacarıqlı, yenilikçi, vətənini və xalqını sevən şəxslərin məsul vəzifələrə təyin edilməsi təqdirəlayiqdir və xalqımız tərəfindən yüksək dəyərləndirilir. 

      Bir neçə gün öncə Prezident İlham Əliyevin Göygöl, Masallı və Lerik  rayon icra hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar müvafiq sərəncamları da bu qəbildəndir.   Ölkə rəhbərinin yeni təyin etdiyi rayon rəhbərlərinə  "Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz" deməsi insanlarda bir daha əminlik yaradır ki,  hər bir yeni təyinat alan vəzifəli şəxs göstərilən etimadı layiqincə doğruldacaq, öz bilik və bacarıqları və yenilikçi iş prinsipləri ilə xalqın sevimlisinə çevriləcəklər.

      Günümüzün reallığı hər bir vətəndaşdan daha  fəal olmağı, dövlətimizin və cəmiyyətimizin inkişafı üçün öz tohvələrini verməyi tələb edir. Ona görə də hər bir vəzifəli şəxs öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli dövlətimizin qüdrətinin daha da artırılması və xalqımızın daha da firavan həyatının təmin olunması üçün səylə çalışmalıdır.

    Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 124 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31