Dayanıqlı sülhün və inkişafın yol xəritəsi ölkəmizdə müzakirə edildi
06.07.2022 [11:24]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
İnkişaf modeli təqdir edilən və öyrənilməsinin vacibliyi bildirilən Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasını ev sahibliyi etdiyi tədbirlərin say tərkibindən də müəyyənləşdirmək mümkündür. Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəz kimi dünyanın diqqətindədir. Bu mühüm uğurumuzu şərtləndirən əsas amil dövlətimizin düzgün müəyyənləşdirdiyi siyasət, zamanın tələblərinə uyğun həyata keçirdiyi islahatlardır. Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb.
Azərbaycanın uğurları, hadisələrə real yanaşması, hər bir sahədə zəngin təcrübəsi ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə müzakirə üçün müəyyənləşdirilən mövzularda da özünün aydın ifadəsini tapır. Bu baxımdan ölkəmizin növbəti dəfə ev sahibliyi etdiyi beynəlxalq konfransın-iyunun 30-da Heydər Əliyev Mərkəzində keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin mövzusu olduqca diqqətçəkən və aktualdır. 120 ölkəni sıralarında birləşdirən, Azərbaycanın irəli sürdüyü təşəbbüs əsasında yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi”nin müzakirəsini ölkəmizdə aparmağı daha məqbul hesab etdi. Bu, ölkəmizin artan nüfuzunun, siyasi çəkisinin nümayişidir. Nəzərə alaq ki, Azərbaycan daim təşəbbüsləri ilə qurumun sıralarında birləşən dövlətləri bir araya gətirir, qlobal poblemlərin müzakirəsini təmin edir. Parlamentlə yanaşı, Gənclər Şəbəkəsinin yaradılması zərurətini ortaya qoyan Azərbaycanın irəli sürdüyü və qurumun üzv dövlətlərinin dəstəyini qazanan digər təşəbbüsü Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı nitqində bir daha bildirdi ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.
Bu gün Azərbaycan qalib ölkə kimi çıxış edir. Gündəmə gətirilən məsələlər yeni yanaşmaların ortaya qoyulmasını bir tələbə çevirir. Eyni zamanda, Azərbaycan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində parlamentlərin rolunu xüsusi önə çəkir.
Azərbaycan Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşuldu və fəaliyyətinin ilk günlərindən həmrəylik, qarşılıqlı dəstək prinsiplərinin təşviqinə töhfələr verməyə çalışır. Dövlət başçısı İlham Əliyev Bakı konfransında bir daha bəyan etdi ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.
Azərbaycan quruma üzv olduğu ilk gündən bütün təşəbbüslərinin həyata keçirilməsində fəallığı ilə diqqət çəkir. Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın quruma sədrlik müddətinin bir il artırılmasını da ölkəmizə böyük hörmətin və fəaliyyətimizin qiymətləndirilməsinin bariz göstəricisi kimi qeyd edə bilərik. Ədalətə və beynəlxalq hüquqa söykənən və bütün məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərən Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərində də diplomatik mübarizədə qazandığı uğurlar əhəmiyyətli rol oynadı. Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi və dünyaya sübut etdi ki, ədalət, beynəlxalq hüquq mövcuddur, onların tətbiqi üçün vahid mexanizm olmalıdır.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamana təsadüf etdiyini nəzərə alsaq ölkəmizin bu qlobal problemin həllinə qlobal yanaşma ilə bağlı təşəbbüsünün də beynəlxalq səviyyədə təqdir edildiyini xüsusi qeyd etməliyik. Azərbaycan “COVID-19-a qarşı birlikdəyik” dedi və qurumun Zirvə Görüşünün keçirilməsinə nail oldu.
Azərbaycana beynəlxalq dəstəyi nümayiş etdirən, rolunun artdığını təsdiqləyən xeyli sayda uğurlarımızı sadalaya bilərik. Dayanıqlı sülhün və inkişafın yol xəritəsinin ölkəmizdə müəyyənləşdirilməsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə söykənir. Hər zaman vurğulandığı kimi, bütün sahələrdə dinamizm inkişafa səbəb olur. Dövlətimizin siyasətində təkmilləşmə, yeniləşmə prioritetdir. Hazırkı dövrdə, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın atdığı addımlar, irəli sürdüyü təşəbbüslər Qoşulmama Hərəkatının inkişafına yönəlir. Dövlət başçısı İlham Əliyev Bakı konfransındakı nitqində bildirdi ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək. Nəticədə isə həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

