Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı Xəzəryanı dövlətlərin əsas hədəflərindəndir
05.07.2022 [12:49]
Azərbaycan xarici siyasətinin əsas tərkib hissəsi kimi region ölkələri ilə əlaqələrinin inkişafına xüsusi diqqət göstərir, bu əməkdaşlığın yeni istiqamətlər üzrə möhkəmləndirilməsində maraqlıdır. Xəzəryanı dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı da bunun bariz nümunəsidir. Azərbaycan hər zaman Xəzər dənizinə sülh, əməkdaşlıq, qardaşlıq, dostluq dənizi kimi diqqət göstərib. Uzun illər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində göstərilən səylər də bunu deməyə əsas verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq dənizi olmalıdır” çağırışı bugünkü reallıqlarımızda öz əksini tapıb. Qeyd etdiyimiz kimi, Xəzərin hüquqi statusu məsələsi uzun illər Azərbaycanın xarici siyasətində Qarabağ münaqişəsindən sonra həllini gözləyən ikinci əsas məsələ idi. Artıq hər iki məsələ öz həllini tapıb. Azərbaycan bu uğurları ilə xarici siyasətinin dəyişməz prinsplərini dünyaya bəyan etməklə yanaşı, hədəflərini də açıqladı. Regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsi əsas tələb kimi qarşımızdadır. Dövlət başçısı İlham Əliyev iyununun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı nitqində keçilən yolun təhlili fonunda hədəflərə diqqəti yönəltdi. Ölkə Prezidenti bildirdi ki, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.
Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Məlumdur ki, 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu mühüm sənədin Xəzəryanı dövlətlərə gətirəcəyi iqtisadi və siyasi dividendlər geniş müzakirə olundu. Müxtəlif fikirlərin fonunda ümumi rəy bu oldu ki, Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın, bölgədə sülhün, təhlükəsizliyin daha da möhkəmlənməsinə təkan verəcək. Bu gün əminliklə qeyd edirik ki, Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda, Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni reallıqlar, əməkdaşlıq formatları gələcək üçün geniş imkanlar açır. Azərbaycan öz təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadi imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda əminliklə qeyd edirik ki, artıq əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq səviyyədə inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. O da məlumdur ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsinə sanballı töhfələr verən Azərbaycan, həmçinin dənizin karbohidrogen resurslarının qarşılıqlı əməkdaşlıq çərçivəsində işlənməsi istiqamətində bir ilkə imza atdı. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı “Dostluq” yatağı zəngin neft-qaz ehtiyatlarına malikdir. Ötən ilin yanvarında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Təbii ki, bu kimi sənədlər sahilyanı dövlət arasında əlaqələrin inkişafına işıq salır. Sözügedən sənədin imzalanması bir daha sübut etdi ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Ümumilikdə sahilyanı dövlətlər Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfələr verirlər.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

