Azərbaycan-Özbəkistan əlaqələri yeni prioritetlər üzrə inkişaf edir
24.06.2022 [11:12]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Özbəkistana dövlət səfəri ölkə mətbuatında geniş müzakirə edilir. Reallaşdırılan qarşılıqlı səfərlər, bu səfərlər çərçivəsində imzalanan sənədlər, müzakirə edilən məsələlər, vahid mövqenin nümayiş etdirilməsi özlüyündə əlaqələrin inkişafına böyük stimul verir. Cənab İlham Əliyevin bu səfəri 20-yə yaxın sənədin imzalanması ilə yadda qaldı. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”də müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər ehtiva olunub. Xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmləndirilməsi müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycanın hazırda iştirak etdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinə əlavə imkanlar yaradır, tranzit imkanlarını genişləndirir. Bu baxımdan səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i qeyd edə bilərik. Sənaye sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi məsələsi də prioritetdir. Bir sözlə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri qardaşlıq, dostluq münasibətlərinin möhkəm təmələ əsaslandığının təsdiqidir. Həmçinin Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması Ulu Öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin ifadəsidir. Prezidentlərin mətbuata birgə bəyanatlarında bu reallıq bir daha önə çəkildi ki, ulu öndər Heydər Əliyev özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. 1970-ci illərdə də onun Şərəf Rəşidov, 1990-cı illərdə İslam Kərimov ilə dostluğu Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bugünkü inkişafının təməli olub.
Səfər çərçivəsində keçirilən görüşlərdə hər iki ölkənin əlaqələrin inkişafını dərinləşdirmək üçün böyük potensiala malik olduğu xüsusi qeyd edildi. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diqqəti ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərə yönəldərək bu məqamı da xüsusi qeyd etdi ki, Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Prezident İlham Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi.
Qeyd edilən görüşlərdə aparılan müzakirələr bu qənaətə əsas verdi ki, Azərbaycan və Özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyildir ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.
Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Ümumilikdə bugünədək iki ölkə arasında 135 sənəd imzalanıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana 1996-cı il tarixdə reallaşdırdığı ilk səfər iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənəd paketinin, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə"nin imzalanması ilə yadda qalmışdır. Ümummilli lider Heydər Əliyevin dost ölkəyə ilk rəsmi səfəri isə 1997-ci ildə olmuşdur. Bu səfər münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirilmişdir. Belə ki, bu səfər zamanı da Daşkənddə 19 sənəd imzalanıb. Ulu öndər Heydər Əliyev ilk səfəri zamanı Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyimizi ifadə etmişdir. Həmin vaxtdan ötən 25 il iki ölkənin münasibətlərinə davamlı töhfələrin verilməsi ilə xarakterizə edilir. Məhz əldə olunan uğurların nəticəsidir ki, dövlət başçısı İlham Əliyevin Özbəkistana reallaşdırdığı səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalandı. Strateji münasibətlərin əsasını qoyan sözügedən sənəddə bildirilir ki, tərəflər siyasi əlaqələri və qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirəcək, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirəcəklər.
İmzalanan sənədlərin tezliklə öz müsbət nəticəsini verəcəyinə inam ifadə edilir. Bunun üçün əlaqələrin inkişafını müəyyənləşdirən yol xəritəsi həyata keçirilməlidir. Özbəkistan Prezidfenti bildirdi ki, biz həmin xəritəni tamamlayanda bu, gələcək münasibətlərimizin rəhni olacaq: “Əgər biz yol xəritəsini tamamlasaq və düzgün yol xəritəsi qəbul etsək, 2023-cü il nəticəli il olacaq. Düşünürəm ki, gələcək görüşlərimizdə bu nəticə göz qabağında olacaq.”
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 14:58
Gündəm
01 Sentyabr 14:53
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

