Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan qalib ölkə kimi tanınır
23.06.2022 [12:06]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Azərbaycana bu gün hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Təbii ki, bu inkişafın təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır. Azərbaycanın bugünkü reallıqlarının düzgün dəyərləndirilməsi hər zaman keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqlarını bu günlə müqayisə etmək mümkünsüzdür. Bu reallığı böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığı sual altında olardı. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı zaman Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbini irəli sürdü və ölkənin o zamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.
Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı yenidən qurdu, bugünkü reallıqlarımızın təməli yaradıldı. Kiçik bir ölkə olan Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu nəzərə alan Ümummilli Lider ölkədə sabitliyin və normal iqtisadi mühitin yaradılması ilə Azərbaycanı qısa zamanda böyük investisiyalar məkanına çevirdi. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin qarşısında böyük imkanlar açdı. Azərbaycan həm iqtisadi qüdrətini artırdı, həm də beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi yeri və rolunu möhkəmləndirdi.
İlk gündən demokratik inkişaf yolunu tutan Azərbaycanda bütün demokratik təsisatlar yaradıldı və onların inkişafı istiqamətində addımlar atılır. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycanı necə görmək istədiyini açıqladı və ona nail olmağın yollarını göstərdi. Bu hədəf qarşıya qoyuldu ki, ölkəmiz Günəş kimi dünyaya doğacaq.
1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazılıb. Ümummilli Lider xiilaskarlıq missiyasını yüksək səviyyədə yerinə yetirərək Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etdi. 2003-cü ildə xalqa müraciətində isə gələcək inkişafı təmin etmək üçün növbəti etimadın ünvanını göstərdi və “Ona özüm qədər inanıram” bəyan etdi. Xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verdi və cənab İlham Əliyevin Prezident seçilməsi ilə bugünkü inkişafımızın təməli qoyuldu. Dövlət başçısı ilk gündən Heydər Əliyev siyasətinin davam etdiriləcəyini, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevriləcəyini, ən əsası torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpa olunacağını bəyan etdi. Arxada qalan hər gün, hər il verilən vədlərin reallığa çevrilməsi ilə yadda qalır.
Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi yazdı. Dövlət başçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi qüdrətli, zəngin, qalib Azərbaycandır. Üçrəngli bayrağımız işğaldan azad edilən bütün torpaqlarmızda dalğalanır.
İki ilə yaxındır ki, Azərbaycanın həyatında yeni bir mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azad Qarabağ, azad Şuşa beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ilə diqqətdədir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad, müstəqil, qalib ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir. 1993-cü ildən başlanan yol Azərbaycana davamlı, möhtəşəm uğurlar qazandırır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42

