Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək böyük siyasi məktəbdir
10.05.2022 [12:13]
Bugünlər respublikamızın bütün guşələrində ümummilli liderimiz, böyük dövlət xadimi, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü böyük təntənə və coşğu ilə qeyd olunur. Bu da təsadüfi deyil. Çünki böyük öndərimiz Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərib.
Tarix sübut edir ki, taleyüklü mərhələlərdə hər bir dövlətin davamlı və sabit inkişafı ona rəhbərlik etmiş liderin fenomenal keyfiyyətləri ilə bilavasitə əlaqəlidir. Ötən əsrdə xalqımızın yetişdirdiyi nəhəng siyasətçi - Heydər Əliyev də məhz belə nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar və əməli nəticələrlə sübut etməklə bərabər, banisi olduğu qüdrətli dövlətçilik irsinin əbədiyaşarlığını təmin etməyə nail olan əlahiddə liderlərdən idi. Ona görə də dövlət müstəqilliyimizin qarantı kimi öz xalqı qarşısında tarixi və misilsiz fəaliyyətin müəllifi olan Ulu Öndərin anadan olduğu 10 may tarixi Azərbaycan xalqının və bütövlükdə bütün dünya azərbaycanlılarının hər il dərin ehtiram və hörmətlə qeyd etdikləri əlamətdar gündür. Bu tarixin 99-cu ildönümünün özəlliyi ondan ibarətdir ki, xalqımız bu günü Vətən müharibəsində doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi fonunda xüsusi bir şövqlə, böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu baxımdan həmin tarix həm də siyasi və mənəvi yükə malik, rəmzi məna daşıyan bir təqvimdir.
Heydər Əliyevin şəxsiyyəti əsrlərlə öyrəniləcək dərin bir ümmandır, böyük bir siyasi və həyat məktəbidir. Heydər Əliyev irsi zəngin xəzinədir və bu irsin öyrənilməsi bugünkü və gələcək nəsillər üçün olduqca vacibdir. Ulu Öndərimiz haqqında indiyə qədər çoxlu sayda dəyərli əsərlər, kitablar yazılıb, filmlər çəkilib.
Yaxın tariximizdən bəlli olduğu kimi, müstəqilliyimizin əldə olunmasının ilk mərhələsində Azərbaycanda tüğyan edən hərc-mərclik, hakimiyyət uğrunda daxili çəkişmələr, silahlı qarşıdurmalar, idarəetmədə səriştəsizlik, səfalət, kriminallaşma və inamsızlıq mühiti, açıq-aşkar separatizm meyilləri həm də bunu fürsət bilən Ermənistanın sonda ərazilərimizin işğalı ilə nəticələnən faciəvi hadisələrlə müşayiət olunurdu. Artıq heç kim dana bilməz ki, bütün bunların qarşısını xalqın təkidli tələbi ilə 1993-cü ildə xilaskar obrazında ikinci dəfə hakimyyətə gəlmiş dünya miqyaslı, təcrübəli siyasi xadim, dahi Heydər Əliyev ala bilmişdi. Onun ilk olaraq həllinə çalışdığı məsələ də məhz Dağlıq Qarabağ problemi idi. Tarix sübut etdi ki, dünya siyasətinə yaxından bələd olan Heydər Əliyev hələ münaqişənin ilk illərində “Gələcək Novruz bayramlarımızı Qarabağda qeyd edəcəyik” söylədikdə Qarabağ məsələsində yekun nəticəni hesablamağı bacarıb. Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlardakı bütün məkanlarda Azərbaycanın üçrəngli Qələbə bayrağını qaldırmaqla bu arzuları çin etdi.
Razılaşmamaq mümkün deyil ki, müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü nizamı çox tez-tez pozulan qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 19 ildə qazanılan uğurlar da məhz bu amilə əsaslanır. Cənab İlham Əliyev yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb. Dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi varisi kimi, qarşıya qoyulan hədəflərə qətiyyətlə nail olur. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.
Tarixi paralellər aparsaq görərik ki, Ümummilli Liderin möhkəm ideoloji əsaslara və inama söykənmiş siyasi xətti 2003-cü ildən sonra Azərbaycan dövlətini idarə edən cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilir. Ulu öndər Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi isə bu uğurun əsaslarından biridir. Beləliklə, Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bu ideyalar yaşayır, davam edir və nailiyyətlərimizin fövqündə dayanır.
Azər Süleymanov
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16

