Azad edilmiş ərazilərin hərtərəfli inkişafı təmin ediləcək
05.05.2022 [16:11]
Bu gün Azərbaycanımızın işğaldan azad edilmiş bütün rayonlarında, o cümlədən Zəngilan rayonunda irimiqyaslı quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu layihələrin arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək və bu hava limanının çox böyük funksiyaları olacaqdır. Rayonun coğrafi mövqeyi, beynəlxalq bazarlara yaxın olması və digər amillər geniş perspektivlər açır. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır. Eyni zamanda da bu strateji obyekt ölkənin həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərini həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəlincə isə, Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Məhz buna görə də hazırda dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa edilir. Nəzərə almaq lazımdır ki, bu yol həm də keçmiş məcburi köçkünlərin rahatlığını yüksək səviyyədə təmin edəcək. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək.
Əlbəttə ki, azad edilmiş ərazilərdə qarşıda duran vacib məsələlərdən biri də məşğulluqla bağlıdır. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycan və Türliyə Prezidentləri birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyublar. Bu, birinci, nümunəvi bir aqropark olacaq və getdikcə azad edilmiş torpaqlarda aqroparkların sayı daha çox olacaq. Təbii ki, Zəngilan rayonunda əsas məşğulluq sahəsi və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim bunun üçün çox əlverişlidir. Hazırda Ağalı kəndində yeni müəssisələrin yaradılması üzrə iş gedir. Bir müddət əvvəl dövlət başçısı göstəriş vermişdi ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olsun. Bu isə o deməkdirki, həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar.
Bu gün bütün dünyada ərzaq təhlükəsizliyi məsələsi ön plana çıxır. Son illərdə ölkəmizdə bu istiqamətdə bir çox işlər görülüb və bu işlər getdikcə artan intensivliklə davam etdirilir. Ümumiyyətlə Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Prezident İlham Əliyev öz çıxışında məhz bu məqamı da vurğulayaraq bildirdi ki, rayonun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün müvafiq qurumlar tərəfindən tövsiyələr verilməlidir. Çünki sovet vaxtında rayonlarımızda kənd təsərrüfatı ilə bağlı aparılan işlər müasir dövrdə əsas ola bilməz. Çünki o vaxt tam fərqli aqrotexniki imkanlar, tam fərqli texnologiyalar var idi. Bu gün isə Azərbaycanın ölkənin kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları gətirmək imkanları var. Dövlət başçısının dediyi kimi, dünyada ən mütərəqqi texnologiya nədirsə, o, bizdə olmalıdır, xüsusilə azad edilmiş ərazilərdə. Çünki 30 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar, Ermənistan onların ömrünün böyük hissəsini oğurlamışdır. Onlardan minlərlə, on minlərlə insan öz doğma torpağını görməyib, həsrətlə həyatdan gedib. Ona görə oraya qayıdacaq insanlar üçün xüsusi şərait yaradılmalıdır. Kənd təsərrüfatı həm məşğulluq, həm ərzaq təhlükəsizliyi, həm də ixrac deməkdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

