Qarabağ münaqişəsinin həll edilməsi Prezident üçün başlıca vəzifə idi
26.04.2022 [12:10]
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı da 2020-ci ilin noyabrın 8-də doğma nəfəslərlə isindirdi.
Vətən müharibəsinin gedişi və düşmən üzərində qazanılan parlaq qələbə nəhayət ki, məsələyə son nöqtəni qoydu. Amma bu nəticənin əldə olunması xeyli zəhmət bahasına başa gəlmişdir. Azərbaycan Prezidenti ölkənin xarici siyasətini xoş niyyət üzərində qurub. Biz bütün ölkələrlə qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlər formalaşdırdı. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir və Azərbaycan onun ən gözəl örnəyidir. Təsadüfi deyil ki, indi Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüdür, eyni zamanda, Avropa İttifaqı ilə yaxın münasibətləri var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Yəni bu, o deməkdir ki, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bir sözlə, Azərbaycanın yürütdüyü xarici siyasət kursu bizə çoxlu dostlar qazandırıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara qoşulub. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edib. Bu görüşlər üçün dünyadakı 200 ölkə arasında məhz Azərbaycanın seçilməsi təbii ki, Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursuna olan hörmətin təzahürüdür.
Bu liderliyin bəhrəsini biz elə Vətən müharibəsinin gedişində də gördük. Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın maraqlarının əksinə münaqişə ilə bağlı yeni sənədin qəbul edilməsinə çalışanda maraqlı vəziyyət yarandı. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr bu sənədin qəbuluna imkan vermədilər. Onlar haqqın, ədalətin yanında durdular. Bu hadisə Azərbaycanın öz haqlı davası ətrafında ədalətli komanda formalaşdırdığını göstərdi. Baxmayaraq ki, hələ uzun illər öncə bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən başqa BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, münaqişə ilə bağlı beynəlxalq hüquqi çərçivəni müəyyən etdi, Azərbaycanın mövqelərini möhkəmləndirdi. İndi təsəvvür edin ki, Azərbaycan bu addımları vaxtında atmasaydı bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi.
Amma qəbul olunan beynəlxalq qərar və qətnamələrin çoxu uzun illər idi ki, kağız üzərində qalmışdı. Ermənistanın indi düşdüyü vəziyyətin əsas səbəblərindən biri onların təcavüzkar siyasətidirsə, digər mühüm səbəb beynəlxalq birliyin vaxtında təcavüzkarın cəzalandırılmaması ilə bağlı göstərdiyi anlaşılmaz mövqedir. Bu isə özlüyündə suallar doğurur: niyə indiyə qədər bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Niyə təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq olunmadı? Halbuki Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən, BMT Baş Assambleyasının iclaslarında bəyan etmişdi ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bunlar baş verməyəndə Azərbaycan özü təkbaşına 30 ildir icra olunmayan həmin qətnamələri döyüş meydanında icra etdi. Beləliklə Prezident İlham Əliyev 44 gündə Qarabağ münaqişəsini həll etməklə qarşısına qoyduğu vəzifəni həll etmiş oldu.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

