/ / Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə bəyanatı iki qardaş ölkənin daha da yaxınlaşmasına xidmət edir
Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə bəyanatı iki qardaş ölkənin daha da yaxınlaşmasına xidmət edir
26.04.2022 [11:33]
Azərbaycan və Qırğızıstan prezidentlərinin 20 aprel tarixli birgə bəyanatı iki ölkə arasında imzalanmış sənədlərin,uğuru şərtləndirən amillərin təsbiti baxımından xüsusi diqqət cəlb edir.Birgə bəyanat qardaş ölkələr arasında əməkdaşlığın perspektivlərini ifadə etməkdədir.
Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Statistik göstəricilərdə əks olunan müsbət dinamika təqdirəlayiqdir. Təbii ki, bu, daha çox mahiyyəti, qardaşlıq ruhunun real müstəvi üzərindəki inikasını, əməli fəaliyyət sahələrinin hamısı üzrə işbirliyinin səviyyəsini, perspektivini özündə ehtiva edir.Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum” xüsusi önəm daşıyır.Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional məsələlər,beynəlxalq problemlər daha səmərəli və fəal surətdə müzakirə olunacaq.
Hər iki ölkənin qurucusu olduğu Türk Şurasının ötən ilin payızında Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması,Qırğızıstan Prezidentinin də imzası ilə TDT-nin ən yüksək ordeninin Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevə təqdim olunması,digər ortaq türk qurumları üzrə əməkdaşlıq,bu fonda ikitərəfli əlaqələrin inkişafı keyfiyyəti,yeni səviyyəni ifadə edir.
Həm yeni imzalanmış sənədlər əsasında strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini ifadə edir,həm də ortaq türk təşkilatlarının qurucusu olmağımız,həmin qurumlarda qəbul edilən qərarlar da ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir.Azərbaycanla Qırğızıstanın bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi ənənəvi xarakter alıb. Hazırda Azərbaycan Prezidentinin sədrlik etdiyi Qoşulmama Hərəkatı, eləcə də BMT,ATƏT,İslam Əməkdaşlıq Təşkilatı,ECO çərçivəsində ölkələrimizin bir-birinə davamlı dəstəyi var.
“Qeyd olunan bütün platformalar üzrə əlaqələr, əməkdaşlıq real nəticələr verməklə yanaşı, yeni imkanları,yeni çağırışları da ehtiva edir. Məsələn, nəqliyyat infrastrukturunun, Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün ölkələrimizin səyləri birləşdirilməlidir.Yüklərin Azərbaycan ərazisindən bütün vacib istiqamətlərə göndərilməsinə imkan verən müasir nəqliyyat,o cümlədən liman infrastrukturu mövcuddur.Liman infrastrukturu başda olmaqla,Azərbaycanın nəqliyyat imkanları Qırğız Respublikasının,bütün qardaş,dost,tərəfdaş ölkələrin üzünə açıqdır.Üstəlik, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər də qardaş, dost ölkələrin hər biri üçün yeni imkanlar yaradıb.Adlarını çəkdiyimiz nəqliyyat infrastrukturunun bir hissəsi işğaldan azad olunmuş ərazilərimizdən də keçəcək.
Zəngəzur dəhlizinin işə düşməsi ilə xüsusilə tam yeni,əlverişli mühit formalaşacaq.Qarşılıqlı olaraq Qırğızıstanın,ümumilikdə Mərkəzi Asiyadakı bütün qardaş, dost və tərəfdaş ölkələrin iqtisadiyyatı,xüsusilə enerji,kənd təsərrüfatı, turizm sektorları Azərbaycanın iş adamları,böyük şirkətlərimiz üçün cəlbedici sayılır.Azərbaycan şirkətlərinin enerji,kənd təsərrüfatı,turizm müəssisələrinin yaradılmasında özünəməxsus təcrübəsi var.İlk növbədə,bu üç istiqamətdə səylərin birləşdirilməsinə,konkret olaraq Qırğızıstanda Azərbaycanın investisiya potensialına ehtiyacın duyulduğu bəllidir”.
Ortaq mədəni irs və ortaq tarix isə qardaş xalqlarımızı birləşdirən,bütün dövrlər üçün ortaq olmuş əməli fəaliyyət sahəsi,önəmli bir kateqoriyadır.Bu sahənin möhkəm təməli,zəngin ortaq keçmişi və xoş gələcəyi var.Ümumilikdə humanitar sahə dövlətlər,xalqlar arasında münasibətlərdə həmişə önəmli yer tutub.Azərbaycanın qədim Şuşa şəhərinin Qırğızıstanın da dəstəyi ilə 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını xatırlatmaq yerinə düşər.
Hər iki ölkənin parlament nümayəndə heyətləri beynəlxalq platformalarda bir-birini dəstəkləyir.Parlamentlərarası əlaqələrin də böyük potensialı var və bu potensialdan yararlanmaq hər iki ölkənin maraqlarına tam cavab verir.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

