/ / YAP-ın seçki platformasında Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətləri öz əksini tapır
YAP-ın seçki platformasında Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətləri öz əksini tapır
17.10.2010 [13:43]
Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində irəli sürdüyü namizədlər təbliğat-təşviqat kampaniyasına start verilən gündən yerlərdə seçicilərlə mütəmadi görüşlər keçirir. YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən parlament seçkilərində namizədi Astan Şahverdiyev Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşayan cəbrayıllı məcburi köçkünlərlə görüşüb.
Görüşü giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev hakim partiyanın Azərbaycanın müstəqilliyinin qorunmasındakı xidmətlərindən danışıb. A.Fərzəliyev qeyd edib ki, bu gün YAP-ın yaradıcı, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi stabillik iqtisadi inkişafımızın dinamizmini təmin edir: “1993-cü ildə Azərbaycan məhv olmaq təhlükəsində idi. Bu gün isə Cənubi Qafqaz regionunun lider dövlətidir. Aradan cəmi 17 il keçib. Bu 17 ildəki inkişaf hamının gözü önündə həyata keçirilib. Ulu öndərimizin əsasını qoyduğu inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
YAP-ın hər zaman dövlətçiliyimizin keşiyində dayanan bir siyasi partiya olduğunu söyləyən A.Fərzəliyev qarşıdan gələn parlament seçkilərində partiyanın namizədlərinin xalq tərəfindən dəstəklənəcəyinə əminliyini vurğulayıb: “Sizlərin seçicisi olduğunuz 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyası növbəti dəfə Astan Şahverdiyevin namizədliyini irəli sürüb. Azərbaycan Texniki Universitetinin profesoru, millət vəkili Astan Şahverdiyev artıq beş il bu dairəni Azərbaycan parlamentində təmsil edib. O baxımdan əminəm ki, seçicilərimiz Astan müəllimin 5 illik fəaliyyətini dəyərləndirib, düzgün seçim edəcəklər. Bu beş ildə Astan müəllim istər Cəbrayıl, istərsə də Qubadlı seçicilərinin problemlərinin həllinə yaxından köməklik göstərib. Yüksək insani keyfiyyətlərə malik hörmətli ziyalımız olan Astan Şahverdiyev öz seçiciləri tərəfindən sevilir. Bu baxımdan mən əminəm ki, noyabrın 7-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin, o cümlədən də, digər seçki dairələrinin seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq”.
çıxış edən YAP-ın 120 saylı seçki dairəsindən namizədi Astan Şahverdiyev beş illik dövrdə Milli Məclisdəki fəaliyyəti və bundan sonra görmək istədiyi işlər barədə geniş məlumat verib. Məcburi köçkünlər üçün inşa edilmiş gözəl binalara və onların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması üçün görülən bütün tədbirlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirib: “Mənim platformam Yeni Azərbaycan Partiyasının seçki platformasıdır. Biz seçiləcəyimiz təqdirdə daha beş il ölkəmizin iqtisadi, siyasi inkişafının güclənməsinə xidmət göstərəcəyik. Son beş ildə Milli Məclisdə öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının yüksəldilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb, qanun layihələri işlənib. Hörmətli seçicilərimiz YAP-ın namizədlərini dəstəkləyəcəyi təqdirdə bu işlər davam etdiriləcək. Bu gün ölkəmizdə yoxsulluğun həddi minimal səviyyəyə enməkdədir. Buna çox qısa bir müddətdə nail olduq. Prezident İlham Əliyevin apardığı modern iqtisadi inkişaf siyasəti ölkəmizi nəinki yerləşdiyi regionda, yaxın-uzaq coğrafiyada liderə çevirib. Bu gün Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət göstərilir. Mən hörmətli seçicilərimə bildirmək istəyirəm ki, onlar YAP-ın namizədlərini dəstəkləməklə ölkəmizdə mütərəqqi təhsil qanunlarının işlənib hazırlanmasına kömək etmiş olacaqlar”.
Daha sonra çıxış edən seçicilər Mehralı Mehralıyev, Hacı Məhəmməd Hüseynov, Hacılı kənd sakini Zakir Əliyev, Cəbrayıl şəhərindən qaçqın düşmüş Qaib Rüstəmov və digərləri YAP-ın və ölkə rəhbərliyinin yürütdüyü siyasəti dəstəklədiklərini və YAP-ın namizədi Astan Şahverdiyevə səs verəcəklərini bildiriblər.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

