“Böyük siyasətin uğurlu davamı” mövzusunda konfrans keçirilib
15.03.2022 [16:40]
Martın 15–də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə partiyanın Nəsimi rayon təşkilatının qərargahında “Böyük siyasətin uğurlu davamı” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirin aktual mövzuya həsr olunduğunu bildirib.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarından bəhs edib. O qeyd edib ki, bu gün Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır: “Azərbaycanın indiki səviyyəyə çatmasında ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti başlıca rol oynayır. Bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirib. Hazırda dünyada baş verən mürəkkəb proseslər fonunda Azərbaycan bir çox ölkələrlə, xüsusilə yaxın qonşularla münasibətlərini daha da gücləndirir. Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış müttəfiqlik haqqında Bəyannamə də bu baxımdan xüsusi vurğulanmalıdır. Ötən il isə Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi də tarixi əhəmiyyətə malik olan sənəddir. Bütün bunlar dövlətimizin regionda və dünyada mövqelərini gücləndirir”.
Konfransda məruzə ilə çıxış edən Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri Adıgözəl Məmmədov Moskva Bəyannaməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji təmələ şöykənən inkişafı ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıtdığı illərə təsadüf edir. Onun sözlərinə görə, bu il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsi isə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bərabər hüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın stimullaşdırılmasına və dərinləşməsinə xidmət edəcək: “Prezident İlham Əliyevin xarici siyasətində Rusiya ilə əlaqələr xüsusi yer tutur. Moskva Bəyannaməsinin imzalanması da bunu təsdiqləyir. Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş, davamlı siyasət yalnız Azərbaycan xalqının milli maraqlarına söykənir”.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bildirib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanın milli maraqlarının müdafiəsini, ölkəmizin sosial-iqtisadi inkişafında davamlılığı və dayanıqlığı özündə ehtiva edir: “Bu göstərilənlər 2022-ci il 22 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də bariz təsdiqini tapır. Həm Azərbaycan, həm də Rusiya üçün gələcəkdə çox mühüm faydalar vəd edən və tarixi xarakter daşıyan Moskva Bəyannaməsi təkcə iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yox, bütövlükdə regionda inkişafın və sülhün bərqərar olması, müstəqilliyin və ərazi bütövlüyünün təminatı üçün mühüm zəmin yaradır”. V.Novruzov qeyd edib ki, həm Şuşa, həm də Moskva bəyannaməsi Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsi, təhlükəsizliyinin təmin olunması məqsədinə xidmət edir.
Konfransda eyni zamanda, Nəsimi rayonu Ağsaqqallar Şurasının sədri, akademik, əməkdar elm xadimi Vaqif Şadlinski və “91-lər”dən biri Munis Bayramov çıxış edərək Azərbaycanın uğurlarından bəhs ediblər.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18

