Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Yeni, müasir çağırışlarda gənclərin rolu” mövzusunda tədbir keçirilib

“Yeni, müasir çağırışlarda gənclərin rolu” mövzusunda tədbir keçirilib

12.01.2022 [18:10]

Yanvarın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın bir qrup gənc fəallarının iştirakı ilə “Yeni, müasir çağırışlarda gənclərin rolu” mövzusunda tədbir keçirilib.

   Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə gələcəyimiz olan gənclərə diqqət və qayğının dövlət siyasətinin əsasında dayandığını bildirib: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq Prezident  İlham Əliyev qeyd edir ki, gənclərimiz dövlət maraqlarını hər şeydən üstün tutmalı, milli ruhda tərbiyə olunmalıdırlar. Hər iki çağırışın özündə ehtiva etdiyi məqamlar bugünkü reallıqlarımıza söykənir, Azərbaycanımızın daha da güclənməsinə, qüdrətlənməsinə xidmət edir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz birliyimizi, həmrəylimizi, torpaq, Vətən sevgimizi bir daha nümayiş etdirdi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi son 18 ilin uğurları sırasında gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini, daim torpaqlarımızı işğaldan azad etmək əzmində olduqlarını nümayiş etdirmələrini xüsusi vuğulamalıyıq. Azərbaycan gəncliyi müasir düşüncəyə malik, bilikli, savadlı gənclərdir” .

    Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini gənclər təşkil etdiyini xüsusi vurğulayan V.Rəhimzadə qeyd edib ki, gənclərimiz dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən, ulu öndər Heydər Əliyevin yaradıcısı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunmaqdan qürur duyurlar. Partiyada gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün zəruri olan bütün imkanlar yaradılıb.

   YAP Xətai rayon təşkilatının sədrinin sözlərinə görə, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar səsləndirilir: “Ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü, o cümlədən gənclər bu çağırışları yüksək dəyərləndirir, onların həyata keçirilməsində fəal iştirak edirlər. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar, yeni çağırışlar göz önündədir. Gənclərimiz müasir dövrün imkanlarından səmərəli istifadə etməklə bu çağırışların ən yüksək səviyyədə gerçəkləşməsinə dəstək olacaqlar”.

   “Gənclərimiz daim tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumalı və öyrənməlidirlər” söyləyən V.Rəhimzadə bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənclərə çağırışlarının mahiyyətində də məhz bu məsələlər dayanır. Heydər Əliyev Fondunun tariximizin, milli-mənəvi dəyərlərimizin təbliği sahəsində  fəaliyyəti təqdir edilir. Son bir ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa və qurulucuq işlərində də mədəni və dini abidələrimizin bərpasına xüsusi diqqətin göstərilməsi Azərbaycan dövlətinin bu sahəyə diqqətinin bariz nümunəsidir. Bu işlərdə də Heydər Əliyev Fondunun  fəaliyyəti göz önündədir. Gənclərimiz hər bir çağırışı öz fəaliyyətlərinin əsas prinsipi kimi qəbul etməlidirlər.

  Vüqar Rəhimzadə bu reallığı da xüsusi qeyd edib ki, informasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə hər bir hədəfə zamanında çatmağa stimul verir.  Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam da  ifadə olunur ki,  hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

   YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, 6 saylı Bakı “ASAN xidmət” Mərkəzinin rəhbəri Fərid Sadıxlı bildirib ki, istər siyasi partiyaların fəaliyyətində, istərsə də dövlət idarəçiliyinin strukturlarında gənclərin üzərinə düşən pay artır: “44 günlük İkinci Qarabağ müharibəsi sadəcə Azərbaycan və Ermənistan arasında olan müharibə deyildi. Bu, regional, hətta daha geniş aspektdən baxsaq, beynəlxalq səviyyəli bir müharibə idi. Həmin müharibədə bizim Zəfərimiz  nəinki Azərbaycanın, hətta bütün Türk-İslam dünyasının tarixində yeni səhifə açdı. Sadəcə tarixə nəzər salsaq belə böyük Zəfəri yalnız  Çanaqqala döyüşündə görə bilərik. Bu müharibə təkcə Qarabağ uğrunda getmirdi. Bu geosiyasi müharibə idi”.

F.Sadıxlı BMT-də Azərbaycana edilən  basqılardan danışaraq yada salıb ki, bunlar bizə məlum olan təzyiqlərin az bir qismidir: “Bu basqılar sırf Azərbaycanın üzərində idi. Dünya tarixində hələ indiyə qədər heç bir ölkə başçısı bizim Prezident kimi dünya mediasının qarşısında  soyuqqanlılığı,  praqmatikliyi, səliscəsinə qarşı tərəfi susdurması ilə  diqqət mərkəzinə gəlməyib. Biz bir şeyi də başa düşməliyik ki, artıq XXI əsrdə və daha sonralar yazılı medianın, qəzetlərin, eləcə də televiziyanın digər ənənəvi mediaların rolu get-gedə azalacaq. Artıq rəqəmsal  dövrə keçmişik. Bu dövrdə  məlumat, informasıya anındaca “Tvitter”, “Youtube”, “Tik-Tok” və digər platformalar üzərindən yayılır. Bu mübarizədə artıq gənclərin fəal olmağı çox vacibdir. Bizim üzərimizə düşən işlərdən ən başlıcası odur ki, dəyişən dünyaya çevikliklə  adaptasiya olunaq. Çünki dünya hər gün dəyişir. Siz on il bundan əvvəl təsəvvür belə edə bilməzdiniz ki, bizim iPhone kimi mobil vasitələrimiz olacaq və mesajları, məlumatları bir-birimizə cəmi bir saniyəyə ötürə biləcəyik. Azərbaycandan rahatlıqla Amerikada və ya dünyanın hər hansı digər  nöqtəsində baş verənləri izləyə biləcəyik. İnformasiyalar, videogörüntülər işıq sürəti ilə sosial şəbəkələr vasitəsi ilə bütün dünyaya yayılır. Yəni, bu, artıq yeni dövrdür”.

  “Ölkə başçısı İlham Əliyevin gənclərə  diqqət və  qayğısı, bizə göstərdiyi etimad müqayisə olunmazdır” söyləyən F.Sadıxlı qeyd edib ki, “ASAN” Könüllülərin Hərəkatı 15 nəfərlə başlayan zaman cənab Prezidentin hər mərkəzdə ilk növbədə könüllülərlə görüşünü bu gün  hər bir  gənc yaxşı xatırlayır: “Dövlət Gömrük Komitəsi, Miqrasiya Xidməti və digər özəl təsisatlarda olan könüllülük məhz cənab Prezidentin zamanında göstərdiyi dəstəyin bugünkü nəticəsidir. Hazırda bizim üzərimizə düşən iş ondan ibarətdir ki, bu dəstəkdən yararlanaraq YAP-ın fəaliyyətinə, ümumiyyətlə, Azərbaycan dövlətinin maraqlarına xidmət edərək XXI əsrin qaydalarına uyğun olaraq öz fəaliyyətimizi tənzimləyək. Bu gün qeyri-mərkəzləşdirilmiş informasiyada artıq gənclərimizin rolu fərqlidir. Əgər əvvəllər hər şey mərkəzləşdirilmiş qaydada idisə, indi elə deyil. Gənclərimiz daim peşəkarlıqlarını artırmalıdırlar” .

   YAP Xətai rayon təşkilatı Neapol  küçəsi 8A  ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Camalxan Xanbutov müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək gəncləri bu imkanlardan maksimum bəhrənməyə, müxtəlif dilləri öyrənməyə çağırışlar edib. Bildirib ki, doğrudan da həyat yerində durmur, yeni tələblər qarşıya qoyulur. Gənclik hər bir ölkənin inkişafında  böyük rola malikdir. Onların müasir düşüncələri daim zamanın, dövrün tələblərinə uyğun  təkmilləşməlidir.

  Tədbirdə çıxış edən  Yeni Azərbaycan Partiyasının gənc fəallarından  Səbinə Qafarova və  Nicat Namazov gənclərin inkişafı üçün ölkəmizdə yaradılan münbit şəraitdən bəhs ediblər. Bildiriblər ki,  Azərbaycan gəncləri belə qüdrətli, zəngin, dünyada söz sahibliyinə malik, ən əsası qalib ölkənin vətəndaşları olmaları ilə fəxr etməlidirlər. Bu nailiyyətləri  bizə qazandıran  ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti və son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Azərbaycan gəncləri möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərirlər.

     Vətən müharibəsi qazisi Şirxan Hümmətov vurğulayıb ki,  44 günlük Vətən müharibəsi gənclərin vətənpərvərliyinin təqdimatında mühüm rol oynadı. Gənclərimiz  torpaq, Vətən sevgisini silaha sarılaraq tarixi Zəfərə imza atmaqla təsdiqlədilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız bu Qələbə  azərbaycanlıların öz torpağına, tarixinə necə möhkəm tellərlə bağlılığını nümayiş etdirdi.

   Qazi Prezident  İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsindən də bəhs edərək bildirib ki, dünyaya səs salan Şuşa əməliyyatı, qalibiyyəti çoxəsrlik tariximizin şanlı səhifələrindəndir.  Gələcək nəsil bu səhifələri daim vərəqləməli, 30 ilə yaxın dövrdə işğal altında qalan  torpaqlarımızın azad edilməsində fədakarlıq göstərən, qanından, canından keçən qəhrəmanlarımızı tanımalı, onların  həyat yolunu  vətənpərvərlik məktəbi kimi dəyərləndirərək daim öyrənməlidirlər. Bu işdə valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi qeyd edən Şirxan Hümmətov gənclərimizi yeni çağırışlara öz töhfələrini verməyə səsləyib.

   Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov  tədbirdə çıxış edərək bu il  nəinki ölkəmizin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 30 illiyinin qeyd ediləcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu dövr Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı  illəri əhatə edir: “Yeni Azərbaycan Partiyasının mövcudluğu, fəaliyyəti və bu günə  gəlib çatması dövlət müstəqilliyimiz, onun  qorunub saxlanılması və indiki inkişafı ilə bağlıdır.  Müstəqilliyimizin qorunması, daha da inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin atdığı addımlar, yaratdığı möhkəm təməl bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha sürətli inkişafına imkanlar yaradır. Möhtərəm Prezidentimizin daim vurğuladığı kimi, gənclərimiz böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir”.

    Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin partiya ilə bağlı fikirlərini bir daha gənclərin diqqətinə çatdıran  Bəxtiyar İslamov bildirib: “Cənab Prezident qeyd edir ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq böyük məsuliyyətdir. YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyasına çevrildi. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın tərəqqisi naminə çalışır. Ötən illərdə partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramın, siyasətin məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasından,  möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən ibarət olub. Ötən 30 ilə nəzər saldıqda əminliklə demək olar ki, partiya öz proqram məqsədlərinə uyğun uğurlu fəaliyyət göstərib. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna daxil olaraq, böhran və xaos mərhələsini arxada qoydu. 2003-cü ildə Ulu Öndərin çağırışına səs verən Azərbaycan xalqının Heydər Əliyev ideyalarını, onun əsasını qoyduğu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevə etimad göstərməsinin nə qədər doğru seçim olduğu bu gün inkişaf edən, qalib, Zəfər qazanmış Azərbaycan dövlətinin timsalında öz təsdiqini tapdı.  Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən işlər, YAP-ın qələbələr partiyası olduğunu hər zaman təsdiqləməsi  partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərir”.

   YAP Gənclər Birliyinin sədri  gənclərimizin qarşısında  böyük çağırışlar dayandığını önə çəkərək onu da bildirib ki, onlar  bunları yüksək səviyyədə cavablandırmaq üçün hərtərəfli formalaşmalı, birliklərini, peşəkarlıqlarını daim artırmalıdırlar: “Hər yeni dövr qarşıya  yeni tələblər qoyur. Gənclərimiz malik olduqları potensial imkanlardan maksimum bəhrələnməlidirlər”.

   Bəxtiyar İslamov belə tədbirlərin gənclərin inkişafında, baxışlarına, düşüncələrinə yeni əlavələrin edilməsində böyük rolu olduğunu vurğulayıb.

Paylaş
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31